“AFB Bank” Gəncə filialına “Kassir” axtarır
“AFB Bank” Gəncə filialına “Kassir” vəzifəsi üzrə vakansiya elan edib.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
-İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
-Ünvan: Gəncə şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-Ali təhsil;
-Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
-Azərbaycan dilində sərbəst danışıq bacarığı , ingilis və rus dilini bilmək arzu olunandır;
-Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
-MS Office proqramlarında işləmək bacarığı;
-İntensiv rejimdə işləmək bacarığı;
-Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İŞİN TƏSVİRİ:
-Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
-Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
-Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
-Dövriyyəyə yararsız pul əskinazlarının qəbul edilməsini və dəyişdirilməsini həyata keçirmək;
-Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
-Müştərilərə çek kitabçalarını vermək;
-Filialda nağd pul və digər qiymətlilərin gündəlik uçotunu və hesabatını aparmaq.
Vakansiyalar
- 2 ay, 1 həftə, 3 gün, 5 saat, 42 dəq
- 3 ay, 1 həftə, 3 gün, 7 saat, 35 dəq
- 6 ay, 2 həftə, 1 gün, 2 saat, 20 dəq
-
6 ay, 3 həftə, 5 gün, 21 saat, 51 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 5 saat, 49 dəq