“Ceylan MMC” şirkətinə sürücü tələb olunur
İşəgötürən: Ceylan MMC
Vakansiya: Sürücü
Son tarix: 20.11. 2022
E-mail – [email protected]
Vəzifə və öhdəlikləri:
-Şöbənin təqdim etdiyi sifarişə əsasən, məhsulun anbardan idarə etdiyi avtonəqliyyat vasitəsinə yığılmasına nəzarət etmək (Qaimələrə əsasən malın yoxlanılması)
-Daha sonra sifarişləri ona ayrılmış ərazi üzrə satış nöqtələrinə çatdırılması
-Namizəd Hyundai HD-65, H-100, Ford Transit, İsuzu NPR 66 tipli nəqliyyat vasitələrini idarə edə bilməli
-Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək;
-Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
-Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
İş qrafiki:
-İş saatı: 09:00 – 18:00;
-2-6 günlər iş, Bazar və Birinci günü istirahətdir.
Namizədə qarşı tələblər:
-Ciddi və dinamik
-Məsuliyyətli
-Etik davranış qaydalarına riayət edən
-BC katqoriyalı sürücülük vəsiqəsinin olması vacibdir.
Əməkhaqqı 600 – 700 AZN.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində “Sürücü” şəklində göstərməyiniz xahiş olunur.
Qeyd olunan nömrələrlə yalnız 1-5 günlər saat 09:00 – 18:00 aralığında əlaqə saxlamağınız xahiş olunur. (055) 515 66 64
Şirkət Bakı Şəhəri Suraxanı Rayonu Bülbülə Qəsəbəsində yerləşir.
(055) 870 80 87
Vakansiyalar
-
7 saat, 34 dəq
WildRobin στην Ελλάδα – Πλήρης οδηγός καζίνο, μπόνους και ασφαλή παιχνίδι
- 17 saat, 39 dəq
- 1 gün, 1 saat, 13 dəq
- 1 gün, 1 saat, 16 dəq
- 1 gün, 8 saat