Code Academy proqramlaşdırma-müəllim axtarır
İşəgötürən: Code Academy
Vakansiya: Proqramlaşdırma-Müəllim
Son tarix: 30 iyun 2022
Təsvir:
Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən azı 1 qrup, ən çox 2 qrupdur. İş saatları namizədin cədvəlinə uyğun olaraq səhər, axşam və / və ya həftəsonu qrupları ilə uyğunlaşdırılır.
Müəllimin əsas iş öhdəlikləri bunlardır:
-Tədris kurrikulumuna əsasən dərs keçmək;
-Tələbələrin suallarını vaxtında cavablamaq;
-Tələbələrin tapşırıqlarına vaxtında və düzgün rəy bildirmək;
-Tələbələrin dərsdə iştirak və fəaliyyətinə mütəmadi nəzarət etmək;
-Tələbələrə fərdi yanaşmaq, onlarla inkişaf və karyera yönümlü söhbətlər aparmaq;
-Code Academy dəyərlərinə əsasən xidmət göstərmək.
Tələblər:
Full-stack proqramlaşdırma tədrisi üzrə aşağıdakı biliklərin olması tələb olunur. ( Yalnız Front-End və ya Back-end tədrisi vermək istəyənlər də müraciət edə bilərlər):
-Software Development Fundamentals;
-Object Oriented Programming in C#;
-Programming in HTML5 with JavaScript and CSS3;
-Database Administration Fundamentals;
-Developing ASP.Net Web Applications.
Əlavə olaraq aşağıdakıları bacarıqlar tələb olunur:
-Proqramlaşdırma üzrə 3 il iş təcrübəsinin olması;
-İdarəetmə bacarığının olması;
-Ünsiyyət və kommunikasiya bacarığının olması;
-Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
-Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi;
-Dərs proqramı hazırlamaq və dərs keçmək təcrübəsinin olması arzuolunandır.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 2 ay, 1 həftə, 3 gün, 16 saat, 18 dəq
- 3 ay, 1 həftə, 3 gün, 18 saat, 11 dəq
- 6 ay, 2 həftə, 1 gün, 12 saat, 56 dəq
-
6 ay, 3 həftə, 6 gün, 8 saat, 27 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 16 saat, 25 dəq