166 Yükdaşıma və Logistika marketinq meneceri axtarır

Menecer

marketinqmeneceri


İşəgötürən: 166 Yükdaşıma və Logistika

Vakansiya: Marketinq meneceri

Son tarix: 11 sentyabr 2022

Öhdəliklər:

-Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil etmək;

-Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;

-Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;

-Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;

-PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;

-Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;

-Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;

-Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;

-Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;

-Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək; 

-Marketinq planının  və layihələrinin məhsuldarlığının idarə edilməsi;

-Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi.

Tələblər:

-Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya magistr təhsilinin olması;

-Marketinq meneceri vəzifəsində minimum 2 il iş təcrübəsinin olması;

-Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;

-Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;

-Yüksək səviyyədə kompüter bilgiləri;

-Rus və ingilis dillərini sərbəst bilməli;

-Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;

-Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərar vermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır.

İş şərtləri:

-5 günlük iş qrafiki.

-Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.

-İş yeri: Nərimanov ray, Xətai pr 40 a.

Müraciət:

-Namizədlər mövzu hissəsinə “Marketinq meneceri” qeyd edərək [email protected] elektron ünvanına CV formalarını göndərərək müraciət edə bilərlər.


©️ 2022

070 231 45 70

[email protected]