Yüksək maaşlı vakansiyalar – 3500 MANATADƏK

Menecer


Umico (Competo LLC) şirkəti aşağıdakı vakansiyaları elan edir.

-Internet marketer, targetologist (3000-3500 AZN net)

-Marketing Manager (2000 AZN net)

-SMM Manager (1500-1700 AZN net)

Maraqlandığınız müvafiq vakansiya adını emaildə mövzu hissəsində yazaraq, CV-ni [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.

“Competo” Məhdud Məsuliyyətli Cəmiyyət (“Competo” MMC və ya “Competo”) Bakıda və Kiyevdə ofisləri olan geniş profilli İT və biznes həlləri şirkətidir.

“Competo” şirkətinin məqsədi şirkətlərə yeni həllər tapmaqda və innovativ İT layihələri və alətləri vasitəsilə öz mənfəətlərini artırmaqda kömək etməkdir. Şirkət elektron ticarət, rəqəmsal marketinq, sifarişçilərlə əlaqələrin idarə olunması (CRM) və məlumat təhlili və emalı, habelə pərakəndə satış sahəsində ödəniş texnologiyaları və İT-inteqrasiya mexanizmlərinin inkişafı sahələrində ixtisaslaşıb.

2019-cu ilin may ayında növbəti 3 il üçün planlaşdırılan rəqəmsal xidmətin birincisi olan Umico (Universal Mobil Ağıllı Bələdçi) koalisiya loyallıq bonus proqramı Azərbaycan bazarında satışa çıxarılmışdır. iOS və Android platformalarındakı Umico mobil tətbiqi müştərilərə bütün ticarət kateqoriyaları üzrə Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrində, habelə birbaşa mal istehsalçılarından (brend sahiblərindən/distribütorlarından) alış-veriş edərkən nağd pul geri almağa (cashback) imkan verir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]