VMF brend meneceri axtarır

Menecer

vmf


İşəgötürən: VMF

Vakansiya: Brend Menecer

Son tarix: 15 sentyabr 2022

İşin təsviri:

-Brendin məhsullarını öyrənmək və həmin biliklər əsasında təlim keçmək;

-Yerli və Xarici bazarlarda satış və qalığa nəzarət etmək;

-İstehsal prosesini öyrənmək və illik planları proqnozları tərtib etmək;

-Yerli və xarici satınalmalar prosesində iştirak etmək və nəzarət etmək;

-Reklam məhsullarının istehsalında iştirak etmək və nəzarət etmək;

-Brendin strategiyasının qurulmasında, təqdimatında və inkişafında iştirak etmək və nəzarət etmək.

Səlahiyyətlər:

-Daxili prosedurlara və qaydalara uyğun olaraq CRM və digər proqram təminatlarından istifadə etmək, fəaliyyət nəticələrini tələb olunan proqramlarda qeyd etmək;

-Bu vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə qabaqcadan birbaşa rəhbərinə məlumat vermək;

-Təşkilatın daxili nizam–intizam qaydalarına, korporativ və etik davranış normalarına daima riayət etmək;

-Şirkət məhsulu haqda məlumatlara sahib olmaq və ehtiyac olduğu təqdirdə müraciət edən şəxslərə (potensial müştərilərə) məlumat təqdim etmək.

Namizəd üçün tələblər:

-Ali təhsil (Filologiya, Maliyyə və ya İdarəçilik kimi ixtisaslara yaxın ixtisaslar)

-İş təcrübəsi- ən azı 2 il brend menecer / kateqoriya meneceri vəzifəsində təcrübə;

-Azərbaycan , İngilis və Rus dili bilikləri;

-Excel, Outlook və 1C proqramları biliyi;

-Mükəmməl ünsiyyət və problem həll etmək bacarığı;

-Analitik düşüncə tərzi

İş qrafiki:

-6 günlük iş rejimi: 09:00-18:00

-Əmək haqqı: 1000 AZN

Qeyd: Şirkət Qobu qəsəbəsi, Milli Qəhrəman Ç. Mustafayev küç., 313 ünvanında yerləşir. İnşaatçılar  metro stansiyasından əməkdaşları şirkətin servisi götürür və axşam gətirir.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]


©️ 2022

070 231 45 70

[email protected]