Veysəloğlu MMC kateqoriya meneceri axtarır

İşəgötürən: Veysəloğlu MMC
Vakansiya: Kateqoriya meneceri
Son tarix: 27 noyabr 2022
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minimum 3 il marketinq, kateqoriya idarə etmə vəya biznes inkişaf sahəsində iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 25-40
İşin təsviri: Məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək.
Vəzifə funksiyaları:
-Məhsul idarəsində olan məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək;
-Məhsul seçimi və qiymətin təyin olunması prosesi ilə əlaqədar müvafiq şirkətlərlə görüşlər təşkil etmək;
-Satış potensialı yüksək ola biləcək yeni markaların araşdırılıb yerli bazara çıxarılmasını həyata keçirmək;
-Bazar dinamikasını, rəqibləri və rəqib məhsulları təqib edərək öz təklifləri ilə məruzə etmək;
-Marka və məhsul performansını müşahidə edərək təhlil etmək;
-İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
-Cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, onları məhsul və markaların ideya mərhələsində istehlakçılara çatdırmaq, o cümlədən istehlakçılardan gələcək geri dönüşlərin və dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq.
Tələblər:
-Marketinq və bazar araşdırma prinsiplərini dərindən bilməli;
-FMCG sahəsində iş təcrübəsi üstünlükdür;
-Rus və ingilis dili biliklərinin olması mütləqdir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanır;
-Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Kateqoriya meneceri” yazmaqla CV göndərərək müraciət edilir.
Vakansiyalar
- 4 saat, 33 dəq
- 4 saat, 40 dəq
- 4 saat, 44 dəq
- 4 saat, 47 dəq
- 4 saat, 54 dəq