Vəlioğlu-2018 satış üzrə nümayəndə axtarır – Sumqayıt

Satıcı


“Vəlioğlu-2018” MMC Sumqayıt şəhəri üçün “Satış üzrə nümayəndə” vakansiyasını elan edir;

Satış təcrübəsi olan, çevik və bu sahəyə həvəsli namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış üzrə nümayəndə” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

“VƏLİOGLU-2018” Məhdud Məhsuliyyətli Cəmiyyəti 2018-ci ildən təsis edilərək, Azərbaycan Respublikası ərazisində qeyri-qida məhsullarının topdansatış ticarət mərkəzi kimi öz fəaliyyətinə başlamışdır. Sosial-iqtisadi inkışafın, marketinqin, ən əsası biznesin hakim sahə olduğu dövrdə özəl sektorun yaranması ölkə iqtisadiyyatına öz müsbət töhfəsini verməkdədir. Sektorun genişmiqyaslı olması, rəqabət və zəhmət tələb etməsi məlum amillərdir. Bu gün “VƏLİOĞLU-2018” şirkətinin bu xəritədə mövcudluğu onun təsisçisi, ilk investoru Zaur Əkbərovun fərqli düşüncə tərzi, təcrübəsi, bir iş adamında olması vacib olan intelektual bacarıqlarının kombinasiyası nəticəsində mümkün oldu. Bu gün şirkət Predo Baby, Kris, Lexi bredlərinin distribüteridir. ”VƏLİOĞLU-2018”-in bir çox vəzifəli şəxsləri vaxtı ilə sıravi işdə çalışmış insanlardır. Bakı şəhərində yerləşən ofisi, geniş və avadanlıqlarla təchiz olunmuş anbarı, paylama maşınları və online çatdırılması ilə xitmətinizdədir.
Məqsədimiz: Məhsullarımızın hər kəs tərəfindən əlçatan olması , “Ucuz mal keyfiyyətsizdir” şüarını heçə endirmək , daima prinsiplərimizə və hədəflərimizə sadiq qalaraq, bu sektorda liderliyimizi qorumaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]