Vakansiya: Tibbi nümayəndə tələb olunur
İşəgötürən: The Servier Research Group
Vakansiya: Tibbi nümayəndə
Son tarix: 04 oktyabr 2022
Fransanın ən böyük əczaçı şirkəti, dünyanın 140-dan artıq ölkəsində təmsil olunur və resepturalı dərman preparatlarının tədqiqi ilə məşğul olan yüksək innovativliyə malik tədqiqatçı şirkətdir.
SERVIER, xəstələrin həyat keyfiyyətini yaxşılaşdıran yeni müalicə üsullarının tapılması və təkmilləşdirilməsində yardımçı olan orijinal və innovativ dərman preparatlarını təmsil edir.
Bu, bizim bütün dünyada 20 000 əməkdaşlarımıza ilham verən amildir.
Biz, Azərbaycanda, xüsusilə Bakı və Qəbələ şəhərlərində TİBBİ NÜMAYƏNDƏləri vəzifələrə əməkdaşları dəvət etməklə fəaliyyətimizi inkişaf etdirmək niyyətindəyik.
Seçilmiş namizəd mütəmadi olaraq xəstəxana və klinikalarda həkimlərə baş çəkəcək, şirkətin preparatlarını təşviq edəcək və təqdimatları orqanizə edəcəkdir.
Namizədə dair tələblər: ali tibbi təhsil/əczaçılıq təhsili, azərbaycan və rus dillərini səlis bilmə və sürücülük vəsiqəsinin olması. Şəxsi keyfiyyətlər: ünsiyyətcillik, məsuliyyətlilik, işgüzarlıq, doğruculluq, özünə nəzarət və özünütəkmilləşdirmə, komanda atmosferində çalışma bacarığı.
Müsahibədən keçən namizədlərə rəqabətli əmək haqqı təklif ediləcək, eləcə də preparatlara dair treyninq keçiləcəkdir. Hazırki vəzifə peşəkar inkişaf üçün əla imkanlar verir.
Xahiş edirik ingilis dilində tərtib olunmuş CV-nizi [email protected] e-mail ünvanımıza 3 oktyabr 2022-ci il tarixinə qədər göndərəsiniz.
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 10 saat, 24 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 11 saat, 19 dəq
- 7 ay, 3 həftə, 13 saat, 12 dəq
- 10 ay, 3 həftə, 5 gün, 7 saat, 57 dəq
-
11 ay, 1 həftə, 3 saat, 28 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır