Vakansiya: Sosial media meneceri tələb olunur

İşəgötürən: AZINTELECOM
Vakansiya: Sosial media meneceri
Son tarix: 18 may 2022
Vəzifə öhdəlikləri:
-Sosial media strategiyasını həyata keçirmək;
-Şirkətin sosial media hesablarının idarə edilməsi;
-Bloq planlarını həyata keçirmək;
-İnternet seminarlar və konfranslar üçün illik planları həyata keçirmək;
-İnternet saytları və sosial qarşılıqlı əlaqə hesabları üçün kontent yazmaq və optimallaşdırmaq;
-Onlayn kontentdəki səhvləri və ya nöqsanları düzəltmək;
-Yazıların qrammatik normalara uyğun yazılması;
-Hazırlanan postların qrafikə uyğun düzgün şəkildə paylaşılması;
-Dizaynerə brieflərin tam və dolğun şəkildə ötürülməsi;
-Onlayn saytlar üçün video, podkast və audio kontenti redaktə etmək və yerləşdirmək;
-İnternet saytların trafik axınını izləmək, təhlil etmək və müntəzəm daxili hesabatlar hazırlamaq;
-Bazara məhsul buraxılışlarına və işgüzar əlaqələrin yaradılması və möhkəmləndirilməsi tədbirlərinə qatılmaq.
Tələb olunan bilik və bacarıqlar:
-Kommunikasiyalar, marketinq, jurnalistika və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi
-Texnoloji yenilikləri və sosial media trendlərini izləmək
-Sosial media marketinqi sahəsində 1-3 il iş təcrübəsi
-Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı
-Facebook, Twitter, Instagram, YouTube və s. daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, bütün populyar sosial media platformalarında açıq ifadə olunmuş üstün təcrübə
-Google analytics, Yandex Metrica üzrə biliklər əlavə üstünlükdür
-Agentlik təcrübəsi əlavə üstünlükdür
-Rəqəmsal reklam biliklərin olması üstünlükdür
-Azərbaycan dili; ingilis və ya rus dili sərbəst
-Yaradıcılıq qabiliyyəti
-Komanda işi və əməkdaşlıq.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Vakansiyalar
- 8 saat, 10 dəq
-
15 saat, 50 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 15 saat, 59 dəq
- 16 saat
- 16 saat, 2 dəq