Vakansiya: Satış üzrə menecer tələb olunur

Menecer


İşəgötürən: Caspian Event Organisers

Vakansiya: Satış üzrə menecer

Son tarix: 06 avqust 2022

İş barədə:

-İllik layihələrin satışı və təşkili

-Potensial müştərilərlə ünsiyyət (zənglər, görüşlər)

-Müvafiq sənayenin monitorinqi və təhlili

-Marketinq şöbəsi ilə birlikdə layihələrin təhlili

-Materialların hazırlanmasına nəzarət edilməsi

-İştirakçılar, potensial müştərilər, dövlət dəstəyi qurumları, tərəfdaşlarla etibarlı uzunmüddətli əlaqələrin qurulması

-Keçmiş sərgi haqqında hesabatın hazırlanması (qiymətlər, iştirakçıların siyahısı)

-Sərgi konsepsiyasının hazırlanması

-Sərgi çərçivəsində tədbirlərin məzmunu üzərində iş

-Görüşlərin keçirilməsi (strategiya və logistika)

-Sponsorluğun və reklamın satışı üçün şirkətlərin siyahısının hazırlanması

-Partnyorlarla həftəlik iş, satışların izlənməsi

-Sponsorluğun, reklamların və əlavə reklamların satışı

-Xaricdəki sərgilərdə iş, ezamiyyət hesabatının tərtib edilməsi

-Həftəlik iş planının və hesabatının hazırlanması

-Reklam kampaniyasının yoxlanılması və ziyarətçiləri cəlb etmək üçün planın hazırlanması

-Sərgi ilə bağlı mətbuat konfransında təqdimat

-Müştərilərlə iş üzrə menecerin işinin gündəlik monitorinqi (ödənişlərin və müqavilələrin yoxlanılması, saytın yoxlanılması)

-Texniki şöbə ilə həftəlik iş

-Sərgidə iştirakçılarla iş və koordinasiya

Tələblər:

-Humanitar/İqtisadi  sahə üzrə bakalavr ali təhsili;

-Kompüterdən əla istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Word, Excel), Internetdə işləmə bacarığı);

-Azərbaycan, rus və ingilis dillərini sərbəst bilməli;

-Satış sahəsində 2-5 il iş təcrübəsi olmalı;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış üzrə menecer”  yazaraq [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]