“Badamlı” şirkətinə merçendayzer qrup rəhbəri tələb olunur (supervayzer)
İşəgötürən: Badamlı Mineral Sular Satış Mərkəzi
Vakansiya: Merçendayzer qrup rəhbəri (supervayzer)
İş barədə məlumat:
-Satış nöqtələrində şirkət məhsullarının müvafiq standartlara uyğun sərgilənməsinin təşkili və nəzarətdə saxlanılması
-Ərazi üzrə satış nöqtələrinin bölgüsünün aparılması
-Merçendayzer komandasının idarə olunması və fəaliyyətinin nəzarətdə saxlanılması
-Şirkətin müvafiq standartlarının komandaya öyrədilməsi, yeni əməkdaşların işə adaptasiya olunması
-Komandanın davamiyyətinə nəzarət
-Satış nöqtələrində görülmüş merçendayzinq işlərinin gündəlik təhlili və aşkarlanan boşluqların aradan qaldırılması, bu istiqamətdə təkliflərin verilməsi
-Şirkət standartlarına uyğun qaydada komandanın fəaliyyət keyfiyyətinin, yeni işçilərin sınaq müddətinin qiymətləndirilməsi, motivasiyasının təşkili
-Mütəmadi, müəyyən olunmuş qaydada fəaliyyəti haqqında hesabatların təqdim edilməsi
-Satış nöqtələrində şirkətin fəaliyyətinə mane olan problemlərin aşarkalanması halında bilavasitə rəhbərinin vaxtında xəbərdar edilməsi
-İş qrafiki: həftənin 1-6 günləri tam iş günü
-Əmək haqqı: müsahibə əsasında təyin olunacaq
-Rabitə xərcləri şirkət tərəfindən ödəniləcək
Namizədə tələblər:
-Ali təhsil
-Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
-Marketinq və merçendayzinq üzrə bilik
-Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti
-İdarə etmə, effektiv problem həll etmə, ünsiyyət və təqdimat bacarıqları
-Kreativlik və analitik düşünmə qabiliyyəti
-Şəxsi avtomobilin olması mütləqdir
Tələblərə uyğun namizədlərdən CV-lərini “Supervayzer” başlığı altında [email protected] e-ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
-
16 saat, 23 dəq
Valutazione winnitta: interfaccia utente e funzionalità essenziali
- 1 gün, 59 dəq
-
1 gün, 1 saat, 7 dəq
Wingaga CZ bonusy – kompletní průvodce podmínkami a výhodami
- 1 gün, 1 saat, 7 dəq
-
1 gün, 1 saat, 7 dəq
Wingaga Casino App – kompletní průvodce funkcemi, bonusy, platbami a bezpečností