Vakansiya: Maliyyə meneceri tələb olunur
İşəgötürən: Divan Express Baku Hotel
Vakansiya: Maliyyə meneceri
Son tarix: 18 iyun 2022
Vəzifə öhdəlikəri:
-Aylıq maliyyə hesabatların hazırlanması (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti hesabatları);
-Vergi (ƏDV, ÖMV, Mənfəət, Muzdlu və.s) bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
-Əmək haqqı ilə bağlı olan işlərin icrasına və hesabatların düzgünlüyünə nəzarət etmək;
-Büdcə və proqnoz hazırlanması;
-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
-Bütün satış və satınalmaları, mehmanxananın xərclərin yoxlanılması;
-Mühasibat uçotu ilə əlaqədar daxil olan sorğu və tələblərə vaxtlı-vaxtında cavab verilməsini və nəticə etibarilə müştəri məmnuniyyətini təmin edir;
-Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması və konfidensiallıq prinsipinə ciddi riayət olunması;
-Struktur bölmənin fəaliyyət dairəsinə daxil olan digər funksiyaları yerinə yetirilməsi;
Təhsil və Bacarıqlar:
-Maliyyə/mühasibatlıq və ya biznesin idarə edilməsi sahəsində ali təhsil;
-Təşkilati prosedurları bilməsi;
-Problemləri müəyyənləşdirmək və həll etmək, işə aktiv və planlı yanaşmaq bacarığı;
-İşi planlaşdırmaq və təşkil etmək bacarığı;
-İdarəetmə və liderlik bacarıqları;
-Qanunvericilik və normativ-hüquqi aktlar barədə biliklərin olması;
Dil bilikləri:
-İngilis və Rus dillərini bilməsi arzu olunandır;
İş təcrübəsi:
-Maliyyə və ya mühasibatlıq sahəsində ən azı 3 il təcrübəsi;
-Vergi qanunvericiliyi sahəsində biliklərə malik olmalı, müvafiq dəyişiklikləri daim izləməli və vaxtına tətbiq etməli;
-MS Office proqramlarını yüksək səviyyədə bilməli;
-Analitik təhlil və riyazi hesablamaları apara bilmə bacarmalı;
-Otel sahəsində təcrübəsi zəruridir;
-Əmək haqqı namizədin bilik və bacarıqları əsasında müəyyənləşəcək;
Necə müraciət etməli:
Yuxarıdakı tələblərə cavab verən namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiyalar
-
1 gün, 18 saat, 39 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 19 saat, 13 dəq
- 2 gün, 13 saat, 19 dəq
- 3 gün, 8 saat, 33 dəq
- 4 gün, 18 dəq