Vakansiya: İnsan resursları üzrə menecer tələb olunur

Menecer


İşəgötürən: BSC Consulting & Outsourcing Company

Vakansiya: İnsan Resursları üzrə Menecer

Son tarix: 23 iyun 2022

Əmək funksiyası:

-Müəssisənin işə qəbul sisteminin qurulması, işə qəbulun planlaşdırılmasını təşkil olunması.

-İşçilərin daimi professional biliklərinin, bacarığının, peşə səviyyələrinin yoxlanması, tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq, iş analizlərinin aparılması və Attestasiyanın keçirilməsi üçün Direktora təqdim olunması; professional təcrübənin artırılması üçün fərqli mənbələrin araşdırılması və həyata keçirilməsi  üçün təkliflərin verilməsi

-Şirkətin məqsəd və strategiyasına uyğun olaraq işçilərin yönləşdirilməsi

-Potensialı və bacarığı ilə seçilən işçilərin yüksək nailiyyətləri əldə etməsinə təkan verilməsi və inkişafı üçün lazım olan tədbirləri təşkil edilməsi,

-Tədrislərin müddətinin təyini və təşkil olunması.

-Professional təkmilləşdirmə mərkəzləri ilə əlaqələrin qurulması

-Tədris müəssisələri ilə bağlanan müqavilələrə birbaşa nəzarət etmək

-Müəssisənin yeni işçilərinin adaptasiyası məqsədi ilə təkmilləşməyə və istiqamətlənməyə birbaşa nəzarət etmək.

-İşçilərin inkişafı və tədris vasitəsilə kvalifikasiyasının artırılmasına, düzgün kurslara göndərilməsinə və onların nəticələrinin verimli olmasına nəzarət etmək.

-Müəssisə daxili kadr sənədləşməsi işlərinin aparılmasına nəzarət sisteminin qurulması.

-Kadr uçotunun aparılması məqsədi ilə 1C proqramında məlumatların daxil edilməsinə nəzarət.

-Aylıq işçilərin davamiyyət cədvəlinin hazırlanıb, mühasibatlığa təqdim edilməsi

Bilməlidir:

-Azərbaycan Respublikasının Əmək Məcəlləsini;

-Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, idarəetmənin, əmək qanunvericiliyinin əsaslarını;

-Kadrların seçilməsi və düzgün yerləşdirilməsini, kadrların ixtisas və peşəkarlığının artırılması metodlarını;

-Şəxsi heyətin idarə olunması üzrə metodik materialları;

-Şirkətin strukturunu, ştatlarını və profilin;

-Şirkətin kadr siyasətini və strategiyasını;

-Cari və perspektiv kadr tələbatını müəyyən edən proqnozların tərtibi qaydasını;

-Kadr marketinqini;

-Kadrların peşə-ixtisas strukturunun analizi metodlarını;

-Kadrların fəaliyyəti ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, aparılması və saxlanılması qaydalarını, Müəssisənin heyəti haqqında göstəricilər bankının yaradılması və aparılmasını;

-Sosiologiya, psixologiya və əməyin təşkilinin əsaslarını;

-Istehsalın təşkili və idarə olunması;

İş şəraiti:

-İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət

-Əmək haqqı: 1200-1500

-Nahar şirkət tərəfindən verilir

-Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “İnsan Resuesları üzrə Menecer” qeyd etməklə göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]