Vakansiya: İdarə heyətinin sədrinin köməkçisi tələb olunur

İşəgötürən: Azerbaijan Energy Regulatory Agency
Vakansiya: İdarə Heyətinin Sədrinin köməkçisi
Son tarix: 09 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-İdarə Heyəti sədrinin telefon əlaqələrini təşkil edir, iclas və müşavirələrinin keçirilməsini planlaşdırır
-İdarə Heyəti Sədrinin növbəti gün üçün nəzərdə tutulmuş tədbirlərin və görüşmələrin uçotunu aparır və bununla bağlı sədrə məlumat verir.
-Dövrü mətbuatda Agentliyin fəaliyyətinə dair çap olunmuş materialları toplayır, onların məzmunu barədə rəhbərə vaxtaşırı məruzələr edir.
-Müəyyən edilmiş kargüzarlıq işlərini aparır
-İdarə Heyəti Sədrinin verdiyi göstərişlərin uçotunu aparır, nəzərdə saxlayır və onların icra vəziyyəti barədə sədrə məruzə edir.
-İdarə Heyəti Sədrinin tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
-İdarə Heyəti Sədrinin qonaqlarını qəbul etmək və yönləndirmək
-Digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi
Tələblər:
-Ali təhsil
-Yuksək analitik və problemlərin həll etmə bacarıqları;
-Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;
-Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı:
-Yaxşı ünsiyyət və danışıqların aparılma bacarıqları;
-Azərbaycan dilini və rus dilini səlis və ingilis dilini orta səviyyədə bilməsi.
-MS Office proqramlarında işləmək bacarığ
Digər:
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
-İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
-İstirahət günləri: şənbə və bazar günləri;
-Vakansiya üzrə müraciətin son müddəti: 09 Sentyabr 2022-ci il;
-İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İdarə Heyətinin Sədrinin köməkçisi) qeyd edin.
Vakansiyalar
- 2 saat, 38 dəq
- 2 saat, 40 dəq
- 2 saat, 55 dəq
- 2 saat, 57 dəq
- 3 saat, 11 dəq