Topdansatış şirkətinə “Brend meneceri” tələb olunur
“Şam-Fi” şirkətinin Marketing departamentində Pınar brendinə “Brand Managar” vəzifəsi üzrə vakansiya aktivdir.
Vəzifə öhdəlikləri:
– Şirkətin inkişaf istiqamətini müəyyən etmək üçün mövcud portfelin daimi analizi – brendlər üzrə məbləğ, həcm, gəlirlilik, kq dəyəri, gəlirlilik faizi, nöqtə və sku başına satış
– Sku bazinda brendlər üzrə portfelin kvartallıq optimizasiyası – sku üzrə üzrə məbləğ, həcm, gəlirlilik, kq dəyəri, gəlirlilik faizi, nöqtə başına satış
– Kateqoriyalar üzrə bazar paylarının çıxarılması, prioritet kateqoriyaların və böyümə imkanlarının müəyyən edilməsi
– Ehtiyac yarandığı zaman seçilmiş kateqoriyalar üzrə istehlakçı araşdırmasının keçirilməsi, consumer insight-ların, istehlak üçün baryerlərin və triqqerlərin müəyyən edilməsi
– Satış, satınalma və maliyyə departamentləri ilə yeni çeşid və brendlər üçün qiymət əmələgəlmə prosesində iştirak və qiymət strategiyasının müəyyən edilməsi
– İstehsalçilarla brendlərin inkişaf planı və marketinq büdcəsi üzrə danışıqların aparılması
– Kateqoriya və brend strategiyaların və icra planlarının hazırlanması və icra edilməsi
– Brend planların icrası üçün 3-cü tərəflərlə iş: media, kreativ, btl, dijital, pr, çap agentliklərilə işlərin qurulmasi, idarə edilməsi
– İllik və aylıq brend satış planlarının hazırlanması və satışla birlikdə təsdiqlənməsi
– Yeni çeşidlərin və brendlərin gətirilməsi ilə bağlı təkliflərin hazırlanması
– Brend plana əsasən promo planın hazırlanması
– Brendlər üzrə satış kanallarının müəyyən edilməsi
– Brendlər üzrə planoqramlarin müəyyən edilməsi
– Yeni brendlərin bazara girişi zamanı market tipərinə görə satış paketinin müəyyən edilməsi
– Brendlər üzrə posm-ların, treyd avadanlıqlarının hazırlanması və satış nöqtələrində yerləşməsinə cavabdehlik
– Ayliq əsasda brend plana əsasən və ya ehtiyac yarandıqda promo kampaniyaların hazırlanması, icrasına nəzarət
– Kampaniyaların effektivliyi analizinin aparılması
– Aylıq və illik marketinq büdcələrin brend pnl-nə təsirini nəzərə alaraq idarə edilməsi və marketinq xərcləmə hədəfinə cavabdehlik
Namizəd üçün tələblər:
– Ali təhsil – Marketinq sahəsində arzuolunandır
– Dil bilikləri- Azərbaycan və rus – səlis, ingilis – yaxşı
– MC Offise – yaxşı səviyyədə (excel, powerpoint)
– İş təcrübəsi – 1-3 il FMCG marketinq sahəsində təcrübə, qida sektorunda təcrübə arzuolunandır
– Düşüncə tərzi və məsələlərə yanaşma tərzi: analitik, kreativ, strateji
Əmək şəraiti:
– Nahar şirkət tərəfindən təmin edilir;
– Həftəlik 5 iş günü (saat: 09:00-18:00);
– Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə Brand Managar yazaraq [email protected] ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 gün, 19 saat, 21 dəq
- 1 gün, 19 saat, 24 dəq
- 1 gün, 20 saat
- 1 gün, 20 saat, 3 dəq
- 3 ay, 2 həftə, 4 gün, 10 saat, 38 dəq