Topdan satış üzrə menecer (Korporativ satış üzrə menecer) axtarılır – 2000 manat maaş
İşəgötürən – Askona
Namizəd üçün tələblər:
Təhsil: Orta ixtisas təhsili və ya ali təhsil
Təcrübə: Eyni vəzifədə ən azı 3 il iş təcrübəsi (bölgələr üzrə təcrübə arzuolunandır)
Yaş: 25-40
Dil bilikləri: Azərbaycan və Rus dili sərbəst bilik tələb olunur
Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C
Şəxsi nəqliyyat vasitəsi mütləqdir
Vəzifələr:
Bakıda və Azərbaycanın bölgələrində topdan satışın qurulması, müştəri bazasının formalaşdırılması;
Malların satışının planlaşdırılması, sxemlərinin, formalarının, metodlarının və texnologiyalarının işlənib hazırlanması, malların bazarda tanıdılması
Potensial alıcıların müəyyən edilməsi və onlarla işgüzar əlaqələrin qurulması;
Qiymətlərin müəyyən edilməsində iştirak, müqavilələr üzrə ödəniş formalarının müəyyən edilməsi;
Müqaviləqabağı işlərin aparılması və alqı-satqı, təchizat və s. müqavilələrin bağlanması;
Daimi müştərilərlə əlaqə saxlayır, onlarla şərtləri yenidən müzakirə edir;
Bağlanmış müqavilələrin tələblərinin vaxtında və tam şəkildə yerinə yetirilməsinə nəzarət, müqavilənin icrasının bütün mərhələlərində Sifarişçi ilə qarşılıqlı əlaqə (bütün yaranan problemlərin həlli);
Məhsulların satışı üzrə uzunmüddətli və illik planların layihələrinin hazırlanmasında, satış proqnozlarının hazırlanmasında iştirak;
Görülən işlərin qeydinin aparılması
Şərtlər:
İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq (fiks əmək haqqi + faizlər).Aylıq gəlir 1500-2500 AZN
Korporativ nömrə və yanacaq müəssisə tərəfinfən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Topdan satış üzrə menecer” adını qeyd etməklə [email protected] e-mail adresinə göndərmələri xahiş olunur.
Vakansiyalar
-
1 gün, 10 saat, 52 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 11 saat, 26 dəq
- 2 gün, 5 saat, 32 dəq
- 3 gün, 46 dəq
- 3 gün, 16 saat, 31 dəq