“Tibbi koordinator” tələb olunur

Araz Supermarketlər Şəbəkəsi “Tibbi koordinator” vakansiyası üzrə işə qəbul elan edir!
Tələblər:
-Ali təhsil;
-Müvafiq sahədə 1- 3 il iş təcrübəsi;
-MS Office proqramları;
-Dil bilikləri:Azərbaycan dili (ingilis dili üstünlükdür);
-Ünsiyyətcil, operativ, təşəbbüskar,komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
-Şirkət əməkdaşlarının müalicə və əməliyyat olunacaq tibb müəssislərinin təyini, xidmət keyfiyyətinin və yarana biləcək büdcənin müəyyən edilməsi üçün bazar araşdırması etmək və rəhbərliyə təkliflər bildirmək;
-Əməkdaşlara tibbi dəstək göstərilməsi üçün müvafiq tibb müəssisələr ilə danışıqlar aparmaq;
-Şirkət əməkdaşlarına şirkətin müvafiq təlimat və prosedurlarına əsasən tibbi dəstəyin göstərilməsini təmin etmək;
-Şirkət əməkdaşlarının tibb barədə müraciətlərini qəbul etmək və ilkin müayinədən keçirmək;
-Tibbi dəstək müraciətlərinin şirkətin müvafiq prosedur və təlimatına uyğun olmasını araşdırmaq;
-Əməkdaşlara tibbi dəstək göstərildikdən sonra xəstəxana ilə müalicə prosesinin yekunlaşmasının nəzarət edilməsini təmin etmək;
-Tibbi xərclərin illik büdcəsinin proqnozlaşdırılmasında və rəhbərliyə təqdim edilməsində iştirak etmək;
-Şirkət əməkdaşları tərəfindən daxil olan müraciətləri qəbul etmək və müvafiq geridönüşlər etmək.
Təminatlar:
Nahar ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
Servis xidməti.
Müraciət üçün:
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tibbi koordinator” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 8 saat, 37 dəq
-
2 ay, 4 gün, 4 saat, 8 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 12 saat, 6 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 56 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 59 dəq