“Tibbi koordinator” axtarılır
Araz Supermarketlər Şəbəkəsi “Tibbi koordinator” vakansiyası üzrə işə qəbul elan edir.
Tələblər:
Ali təhsil;
Müvafiq sahədə 1- 3 il iş təcrübəsi;
MS Office proqramları;
Dil bilikləri:Azərbaycan dili (ingilis dili üstünlükdür);
Ünsiyyətcil, operativ, təşəbbüskar,komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Şirkət əməkdaşlarının müalicə və əməliyyat olunacaq tibb müəssislərinin təyini, xidmət keyfiyyətinin və yarana biləcək büdcənin müəyyən edilməsi üçün bazar araşdırması etmək və rəhbərliyə təkliflər bildirmək;
Əməkdaşlara tibbi dəstək göstərilməsi üçün müvafiq tibb müəssisələr ilə danışıqlar aparmaq;
Şirkət əməkdaşlarına şirkətin müvafiq təlimat və prosedurlarına əsasən tibbi dəstəyin göstərilməsini təmin etmək;
Şirkət əməkdaşlarının tibb barədə müraciətlərini qəbul etmək və ilkin müayinədən keçirmək;
Tibbi dəstək müraciətlərinin şirkətin müvafiq prosedur və təlimatına uyğun olmasını araşdırmaq;
Əməkdaşlara tibbi dəstək göstərildikdən sonra xəstəxana ilə müalicə prosesinin yekunlaşmasının nəzarət edilməsini təmin etmək;
Tibbi xərclərin illik büdcəsinin proqnozlaşdırılmasında və rəhbərliyə təqdim edilməsində iştirak etmək;
Şirkət əməkdaşları tərəfindən daxil olan müraciətləri qəbul etmək və müvafiq geridönüşlər etmək.
Təminatlar:
Nahar ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
Servis xidməti.
Müraciət üçün:
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tibbi koordinator” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
13 saat, 50 dəq
Pixbet apostas esportivas Brasil – recursos para apostas no celular
-
14 saat, 18 dəq
Onabet casa de apostas Brasil – futebol, basquete e outros esportes
- 14 saat, 18 dəq
-
14 saat, 18 dəq
Novibet apostas esportivas Brasil – futebol, mercados e apostas ao vivo
-
14 saat, 25 dəq
BullsBet Brasil – visão geral do cassino e das apostas esportivas