Tanınmış şirkətə “Məhsul meneceri” tələb olunur

AVRORA MMC “Məhsul Meneceri” (Qeyri-Qida) vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri :
– Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlaması və reallaşdırması;
– Məhsul çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və SKU optimazasiyasının aparılması;
-Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımi tədbir planının hazırlanması;
– Portfelində mövcud olan məhsulların, tədbir planına əsasən, zəruri reklam materiallarının formatının, sayının, növünün və büdcəsinin təhlil edilməsi, ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi;
– Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasının, yeni məhsulların buraxılmasının və aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
-Cari və növbəti illər üçün menecerə həvalə edilmiş kateqoriya üzrə satış və mənfəətlilik planlarının təhlil edilməsi;
-Marketinq planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
– Brend üzrə qiymət siyasətinin mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi;
– Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı və bunun üçün tələbat), istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.
Tələb olunan bilik və bacarıqlar :
– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
– Güclü analitik düşüncəyə malik olması;
-Təqdimat proqramlarında işləmək bacarığı (PPT, Visio və s.);
– Excel proqramı üzrə biliklər (orta səviyyədə);
– Kollektivdə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :
-Ali təhsil (Marketinq ixtisası üzrə bakalavr dərəcəsi);
– Məhsul Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;
– Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta).
İş şərtlərimiz :
– İş qrafiki: Tam iş günü (5 gün);
– İş saatları: 09:00-18:00;
– İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik :
-Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
– Peşəkar komanda mühiti;
– Nahar;
– Şirkət hesabına korporativ nömrə;
-Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul Meneceri” (Qeyri-Qida) yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 16 saat, 41 dəq
-
2 ay, 4 gün, 12 saat, 12 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 20 saat, 10 dəq
- 2 ay, 1 həftə, 5 gün, 20 saat
- 2 ay, 1 həftə, 5 gün, 20 saat, 3 dəq