STP Global Cable satınalma meneceri axtarır
İşəgötürən: STP Global Cable
Vakansiya: Satınalma meneceri
Son tarix: 14 iyul 2022
Tələblər:
-Ali təhsili;
-Analoji sahədə min 5 il iş təcrübəsi;
-Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
-Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
-Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
-İşgüzar və məsuliyyətli olmalı;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalı;
-Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır
Hansı işləri görəcəksiniz:
-Təchizat ehtiyaclarını proqnozlaşdırır; sadalanan əsas performans göstəricilərini -satın alınmış məhsulların, xammal və s. vaxtında Müəssisəyə çatdırılmasını; çatdırmanın keyfiyyəti; tələb ediləndən artıq alınmış kəmiyyət; satınalma xərcləri; vahid satınalma qiymətləri; vahid satınalmanın inzibati xərcləri; təchizatçıların reytinqini araşdırmaq və həyata keçirmək;
-Proqnozlaşdırılan satınalma və ya təchizat planlarında işin icrası zamanı meydana çıxan fərqləri araşdırmaq;
-Yeni layihələrin həyata keçirilməsinə kömək etmək üçün davamlı olaraq öz biliyini artırır; təchizatçı və müqavilə sahəsindəki makro trendləri (meylləri) nəzarətdə saxlamaq və bunlara cavab olaraq planlar həyata keçirmək;
-Əsas təchizatçılarla effektiv əlaqələri və tərəfdaşlığı inkişaf etdirmək və idarə etmək; təchizatçıların və xidmət təminatçılarının əsas siyahılarını hazırlamaq və təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yeniləmək;
-Təchizatçılar və xidmət təminatçılarının texniki və maliyyə təhlilini(müqayisəli təhlil) aparmaq;
-Öz tövsiyələrini verərək, potensial təchizatçıların siyahısını hazırlamaq;
-Struklardan gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirimək, satınalma sifarişlərini hazırlamaq və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra etmək;
-Təchizatçıların müəssisənin ərazisindəki qaydalara və təhlükəsizlik tələblərinə cavab verməsini təmin etmək;
-Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi üçün məsuliyyət daşıyır; işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra edir;
-Təchizatçılar və brokerlər (başqaları üçün mal alıb satanlar) ilə əlaqələri idarə emək;
-Qiymətləri aşağı salmaq və etibarlı razılaşmalar əldə etmək üçün danışıqlar aparmaq;
-Satınalma prosesində yarana biləcək çətinliklərin / uyğunsuzluqların aradan qaldırılması və ya bu istiqamətdə işlərin koordinasiyasını həyata keçirmək.
Nə əldə edəcəksiniz?
-Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı;
-Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
-Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
-Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
-Tibbi sığorta mövcuddur;
-İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
-İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma meneceri” yazaraq 14.07.2022- ci il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur.
Vakansiyalar
-
2 ay, 2 həftə, 1 gün, 1 saat, 23 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 4 gün, 2 saat, 18 dəq
- 7 ay, 2 həftə, 4 gün, 4 saat, 11 dəq
- 10 ay, 3 həftə, 1 gün, 22 saat, 56 dəq
-
11 ay, 3 gün, 18 saat, 27 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır