Şirkətlər qrupuna satış təmsilçisi tələb olunur

Satıcı


-İşəgötürən:  “Sinteks” Şirkətlər Qrupu

 -Vakansiya: SATIŞ TƏMSİLÇİSİ

– Maaş : 600-1100 AZN

-Şəhər- Bakı

-Yaş- 18 – 35 yaş

-Təhsil- Orta

-İş təcrübəsi- 1 ildən 3 ilə qədər

-Elanın tarixi- Aprel 12, 2022

-Bitmə tarixi- May 12, 2022

-Telefon- (051) 229-06-77

-E-mail- [email protected]

İş barədə məlumat

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Satış təmsilçisi tələb olunur.
Vəzifənin rolu
Bu vəzifənin rolu satışı həyata keçirmək və müştəri bazasını inkişaf etdirməkdir.
Vəzifə öhdəlikləri:
– Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirir
– İş əsnasında şirkətin peşəkar satış texnikasını öyrənir və effektiv şəkildə istifadə edir
– Satış zamanı şirkətin müştəri xidmətləri standartlarına uyğun xidmət göstərir
– “Total look” satışlarının ideyasını tətbiq edir
– Mağazada və anbarda məhsullların mövcudluğuna və çeşidlərinə dair məlumatları bilir
– Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət edir
– Şirkətə məxsus əmlaklarının qorunub saxlanılmasını təmin edir, talama təhlükəsi olduğu halda birbaşa rəhbərini məlumatlandırır
– Müştəri şəbəkəsini yaradır və inkişaf etdirir

Namizədə tələblər

– Orta təhsil, Ali təhsil arzuolunandır
Təcrübə:
– Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi
Professional Biliklər:
– Rus və İngilis dili bilikləri arzuolunandır
Professional Bacarıqlar və Kompetensiyalar:
– Ünsiyyət bacarıqları
– Satış bacarıqları
– Stressə davamlılıq
– Məsuliyyət
– Məqsədyönlülük

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış təmsilçisi” yazaraq  [email protected] ünvanına göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]