Şirkət katibə-kargüzar axtarır

İşəgötürən: Mr. Fix (KARTAŞ LTD ” MMC)
Vakansiya: Katibə-kargüzar
Müddət: 2022-04-05 – 2022-05-05
Şəhər:Bakı
Struktur bölməsi: İnzibati işlər
Bilavasitə tabe olduğu instansiya: İnzibati işlər müdiri
Hesabat verdiyi instansiya: İnzibati işlər müdiri
Katibə-kargüzar “KARTAŞ LTD ” MMC nin Direktorunun əmri ilə tutduğu vəzifəyə təyin olunur və işdən azad edilir.
Əmək funksiyası:
-Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır.
-Əmək və nizam-intizam qaydalarına riayət etməlidir.
-Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etməlidir.
-Şirkətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etməlidir.
-Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət etməlidir.
-Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalıdır. Ona təhkim olunmuş şirkət əmlakından düzgün istifadə etmək və qorunmasından məsuldur.
-Ofis avadanlıqlarından istifadə edərək, ofis daxili və xarici əlaqəni təmin etmək;
-Direktorun gündəlik proqramları haqqında məlumat verməli, təşkilatın strukturuna uyğun olaraq, şirkət daxili və şirkət xarici işlərlə əlaqəli direktorun təlimatlarını yerinə yetirməlidir.
-Direktorun şirkət xaricindəki dəvət və toplantılarını izləməli və direktorun istəyi ilə lazımı dəvət işlərini həyata keçirməlidir.
-İşlədiləcək olan dəftərxana ləvazimatlarının və ofis mətbəxinə alınacaq olan malzemələrin sifarişini şöbə müdirinə təqdim etməlidir;
-Ofis avadanlıqlarının təmiri zamanı əlaqəli bölmə ilə əlaqə yaratmalıdır;
-Müəssisənin fəaliyyət sahəsi ilə əlaqəli yayınları izləməlidir;
-Şirkətə daxil olan məktub, faks və s. sənədləri qəbul etməli, idarəçiyə təqdim etməli və qeydiyyatını tutmalıdır. Faks, e-mail, poçt və s. kimi sənədləri göndərməlidir;
-Gələn telefon və faks zənglərini qəbul etməli və yönləndirməlidir;
-Gələn sənədləri direktora təqdim etdikdən sonra, dərkənara əsasən əlaqəli bölmələrə təqdim etməlidir.
-Ofis daxili sənəd axışını təmin etməlidir;
-Direktorun görüşlərini düzənləməli və onunla xəbərləşərək direktor adına qəbul saatlarını təyin etməli və bu görüşlərin lazımı qaydada keçirilməsini təmin etməlidir;
-Əlaqə məlumatlarını (telefon nömrəsi, e-mail və adres) qeyd etməlidir;
-Müəssisə xarici və müəssisə daxili gələn tələbləri istiqamətləndirməlidir.
-Təqdim edilən sənədlərin kserokopiyasını çıxarmalıdır;
-Direktorun iştirak etdiyi toplantıların gündəmini yazmalı, toplantı iştirakçılarına əvvəlcədən məlumat verməli və toplantı yerinin hazırlanmasını təmin etməlidir;
-Toplantı qeydlərini tutmalı, toplantı qərarlarını hazırlamalı və toplantı sonrasında toplantı iştirakçılarına paylamalıdır;
-Şirkət qonaqlarının otel rezervasiyasını və qonaqların hava limanında qarşılanıb otelə gətirmə işlərini həyata keçirməlidir;
-Qonaqları şirkət imicinə uyğun olaraq qarşılamalıdır;
-Direktorun səyahətlə əlaqəli pasport, viza və s. qanuni əməliyyatların aparılmasını təmin etməli və direktora bildirməlidir.
-Şirkət daxilində vəzifə təlimatlarını yerinə yetirməyən, şirkətə zərər vuran işçilər barədə idarə işləri müdirinə məlumat verməli,bu hərəkətlərin qarşısının alınması məqsədi ilə tədbirlər görməlidir.
Bilməlidir:
-Şirkətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarını;
-Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarını;
Məsuliyyət:
-Katibə-kargüzar bu Vəzifə Təlimatına müvafiq üzərinə düşən vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
-Katibə-kargüzarın təqsiri üzündən Şirkətə vurulan maddi və mənəvi ziyana görə o, müəyyən olunmuş qaydada Şirkət qarşısında məsuliyyət daşıyır.
-Bütün vəzifə əməliyyatlarının səmərəli təşkilindən məsuldur.
-Şirkətin kommersiya sirrinin məxfi saxlanmasından məsuldur.
-Ofisə giriş və çıxışlardan məsuldur.
Tələblər:
-Təhsili: Ali
-İxtisası: Xarici dil
-İş təcrübəsi: Minimum 2 il
-Xarici dil: İngilis, rus
-Kompüter biliyi: MS office
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde “Katibə-kargüzar” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 1 saat, 19 dəq
-
1 gün, 19 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 21 dəq
- 1 gün, 23 dəq
-
1 gün, 25 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib