Nurgun Holding katibə-referent axtarır

Katibə


İşəgötürən: Nurgun Holding

Vakansiya: Katibə-referent

Son tarix: 18 avqust 2022

Tələblər:

-ali təhsil

-1 il katibə-referent sahəsində iş təcrübəsi 

-xanım namizəd, yaş həddi  27 – 35

-xoş xarici görünüş

-Azərbaycan dilində səlis danışmalı  

-ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli 

-ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks) 

-işgüzar münasibət etikasını bilməli 

-işində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı 

-təşkilatçılıq bacarığı 

-sənədləşmə işinin aparılması bacarığı 

Vəzifə öhdəlikləri:

-daxil və xaric olan sənədlərin qeydiyyatını aparır;

-telefonlara cavab verir və lazımı ünvanlara istiqamətləndirir;

-rəhbərliyin qonaqlarını qarşılayır;

-rəhbərliyə və qonaqlara çay/kofe/su təqdim edir;

-daxil olan sənədlər və digər məlumatlar barədə rəbərliyi vaxtında məlumatlandırır;

-baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;

-kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;

-rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır;

-qəbula gələnlərin qəbulunu təşkil edir, işçilərin təklif və xahişlərinə vaxtında baxılmasına kömək edir;

-rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir; 

-rəhbərin tabeçiliyindəki idarə və bölmələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir.

Namizədlərdən şəkil əlavə olunmuş tərcümeyi halını göndərməyini və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Katibə-referent) göstərməyini xahiş edirik. 

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]