“Camal” LTD şirkəti iclas katibi axtarır

“Camal” LTD şirkəti İclas katibi (sənədlərlə iş üzrə mütəxəssis) vakansiyası üçün əməkdaş axtarışındadır.
Maraqlanan namizədlərin mövzu sətrində vakansiyanın adını qeyd etməklə CV lərini [email protected] mail ünvanına göndərmələri tələb olunur.
Vəzifə öhdəlikləri:
İclaslarda iştirak etmək və iclas protokolu hazırlamaq;
Protokol üzrə cavabdeh şəxslərin onlara tapşırılmış işləri vaxtında yerinə yetirməsinə nəzarət etmək və rəhbərliyi bu haqda məlumatlandırmaq;
Sənədlərin elektron sənəd dövriyyəsi sistemində vaxtında və dəqiq uçotu və təyinatı üzrə paylanmasının təşkil edilməsi;
Şirkətə daxil olan təklif, ərizə və şikayətlərin təhlil edilməsi və nəticəsi barədə rəhbərliyə məlumat verilməsi;
Sənədlərin təyinatı üzrə çatdırılmasına nəzarətin təmin edilməsi;
Xaric olan sənədlərin qeydiyyatı, uçotu və rəsmiləşdirilib poçt müəssisəsinə verilməsinin təmin edilməsi;
Ehtiyac zərurətində İnsan Resursları və Kargüzarlıq şöbəsinə köməklik etmək.
Tələblər:
-Ali təhsil (idarəetmə, hüquq);
– Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında, 1С (8.3) proqramında sərbəst işləmə bacarığı;
– Sənəd dövriyyəsi sistemi ilə işləmək bacarığı;
– Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
-Təhlil və tənqidi düşünmə qabiliyyəti, təşəbbüskarlıq, detallara diqqətli, ünsiyyət qurma, kollektiv mühitində, habelə intensiv rejimdə işləmək bacarıqları.
Əlavə məlumat:
6 günlük iş rejimi. tam iş günü
Əmək haqqı: 600 AZN;
AR qanunvericiliyinə əsasən sənədləşmə;
Nahar şirkət tərəfindən təmin olunur;
İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:
Vakansiyalar
-
5 saat, 23 dəq
İri banka Qiymətli kağızların təhlili üzrə mütəxəssisi tələb olunur
-
16 saat, 42 dəq
AzerBlast şirkətinə Anbardar və Mexanik (Gəncə) tələb olunur
- 17 saat, 30 dəq
- 19 saat, 13 dəq
- 23 saat, 3 dəq