Sinteks Group of Companies aparıcı satış təmsilçisi axtarır (Ev Əşyaları)

İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Aparıcı Satış Təmsilçisi (Ev Əşyaları)
Son tarix: 15 avqust 2022
Sinteks Şirkətlər qrupuna hal hazırda Aparıcı Satış Təmsilçisi (Ev əşyaları) tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu satışı həyata keçirmək və təhkim olunmuş əməkdaşlara satış texnikasını öyrətməkdir.
Vəzifə öhdəlikləri:
-Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirir
-Xüsusi müştəri şəbəkəsini yaradır və inkişaf etdirir
-Satış zamanı yüksək müştəri xidmətini təmin edir və yaranan problemləri həll edir
-“Total look” satışlarının ideyasını tətbiq edir
-Satış təmsiliçiləri və kiçik satış təmsilçilərinə satış texnikasının mənimsənilməsində köməklik göstərir
-Mağazada və anbarda məhsullların mövcudluğuna və çeşidlərinə dair məlumatları bilir
-Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət edir
-Şirkətə məxsus əmlakların qorunub saxlanılmasını təmin edir, talama təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırır
Əsas tələblər:
Təhsil:
-Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
Təcrübə:
-Ev əşyaları satışı üzrə 3 il iş təcrübəsi
Professional Biliklər:
-Müştəri xidməti
-Satış texnikası
-MS Office Proqramları
Professional Bacarıqlar və Kompetensiyalar:
-Ünsiyyət bacarığı
-Problem həll etmə
-Məsuliyyət
-Satış bacarıqları
-Zamanın idarəolunması
-Məqsəd yönlük
-Stressə davamlılıq.
Əmək haqqı 900 AZN + Bonus.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aparıcı Satış Təmsilçisi (Ev əşyaları)” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 6 saat, 17 dəq
- 6 saat, 22 dəq
- 6 saat, 25 dəq
- 6 saat, 29 dəq
- 6 saat, 36 dəq