Satınalma bölməsi üzrə Menecer axtarılır

İşəgötürən – STP Global Cable
Bizim üçün uyğun namizəd:
Ali təhsilli olmalı;
Sahə üzrə minimum 5 il iş təcrübəsinə malik;
Avadanlıqlar və onların ehtiyyat hissələrinin alışı ilə əlaqədar təcrübənin olması;
Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;
MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
Yerli və beynəlxalq bazarlar haqqında məlumatlı olmalı;
CİPS sertifikatının olması üstünlükdür;
Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
İşgüzar və məsuliyyətli olmalı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.
Hansı işləri görəcəksiniz:
Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icrasını nəzərət etmək
Təchizat sifarişlərinin idarə edilməsini yoxlamaq (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması üçün tapşırıqlar vermək
Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini nəzərət edilməsi
Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılmasını nəzərət edilməsi
Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirməsini kontrol edilməsi
Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını nəzərət edilməsi
Təchizatçıların seçimi və qiymətləndirilməsi kontrol edilməsi
Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək
Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasıni nəzərət edilməsi
Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə rəhbərliyə məlumat verilməsi
Təchizatçılarla danışıqların aparılması, endirimlərin alınmasınə nəzərət edilməsi
Təchizat zəncirinin təşkili,idarəolunması, nəzarət
Logistika və Gömrük işlərinə nəzarət.
Nə əldə edəcəksiniz?
Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.
Əlavə məlumatlar:
Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
Tibbi sığorta mövcuddur;
İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə Menecer” yazaraq 28.10.2023-cü il tarixinədək [email protected] adresinə göndərilməsi xahiş olunur.
Vakansiyalar
- 1 ay, 2 həftə, 3 saat, 15 dəq
-
1 ay, 3 həftə, 4 gün, 22 saat, 46 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 6 saat, 44 dəq
- 2 ay, 3 gün, 6 saat, 34 dəq
- 2 ay, 3 gün, 6 saat, 37 dəq