Sanatoriya qida və içki üzrə menecer axtarır (Lənkəran)

Menecer


“Lankaran Springs Wellness Resort” “Qida və içki üzrə menecer” (F&B Manager) vəzifəsi üzrə vakansiyas elan edib.

-İşəgötürən:”Lankaran Springs Wellness Resort”

-Şöbə: İaşə şöbəsi

-İş yeri: Lənkəran şəhəri

-Təminatlar: Sığorta, qidalanma, gediş/dönüş, qalacaq yer.

Elanın son tarixi 05.06.2022

-E-mail – [email protected]

Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu yerində “Qida və içki üzrə menecer” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

SANATORİYA HAQQINDA MƏLUMAT

“LANKARAN SPRINGS WELLNESS RESORT” Respublikamızın cənub zonasında, paytaxtımızdan 250 km məsafədə, Lənkəran şəhərinin Haftoni qəsəbəsində yerləşən yeni, beş ulduzlu otel və eyni zamanda sağlamlıq sanatoriyasıdır. Sanatoriya gözəl dağ-meşə landşaftında, Xəzər dənizindən 15 dəqiqəlik, Lənkəran Beynəlxalq Hava limanından isə 10 dəqiqəlik məsafədə yerləşir. Sanatoriyanın yeni tikilmiş otel binası, sağlamlıq mərkəzi, ictimai spa mərkəzi, uşaq əyləncə mərkəzi və valehedici termal hamamları da daxil olmaqla, 11 hektarlıq ərazini əhatə edir. Otel bir və iki nəfərlik otaqlarla yanaşı, terraslı ailə otağında da rahat yaşayış şərtləri təklif edir. Oteldə “Standart” kateqoriyalı 145, “Yarılüks” kateqoriyalı 25, “Ailəvi” otaq kateqoriyalı 10 və “Lüks” kateqoriyalı 2 otaq olmaqla, hər cür şəraitin olduğu ümumilikdə 182 otaq var. Qonaqlar açıq terrasda füsunkar təbiətin bəxş etdiyi mənzərədən zövq alaraq yerli və əcnəbi mətbəxin ləziz təamlarından dada bilərlər. Qonaqlara boulinq, bilyard, masaüstü tennis, ip parkuru, aerobika, fitnes, yoqa, ox atma və digər oyunlar kimi əyləncələrin geniş çeşidi təqdim olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]