Sağlam Ailə Tibb Mərkəzinə “Tibb qardaşı” axtarılır (Sumqayıt, Gəncə)
Sağlam Ailə Tibb Mərkəzinin “Ultralab” Sumqayıt və Gəncədə yerləşən filialına “Tibb qardaşı” vəzifəsi üzrə vakansiya elan edilib.
Elanın bitmə tarixi – 27.08.2022
İşəgötürən- Ultralab tibb mərkəzi
İş yeri – Sumqayıt – Gəncə
Maaş: Müsahibə əsasında
Staj: –
Yaş: 18 — 45 yaş
Təhsil: Orta və ya orta ixtisas təhsili
İş rejimi: Tam iş günü (6 gün)
Müqavilə: Əmək müqaviləsi
Vakant vəzifə haqqında:
-Müayinə üçün pasientlərdən biomaterial götürür, materialı pasientin şifrinə uyğun olaraq markirə edir və biomaterialların qəbulu otağına ötürür;
-Lazım gəldiyi hallarda pasientlərə həkimə qədər olan mərhələdə ilkin tibbi yardım göstərir;
-Həkimin göstərişlərinə uyğun olaraq dərman preparatlarını yeridir;
-Manipulyasiya otağında sanitar-epidemioloji rejimə riayət edir;
Namizədə olan tələblər:
-Orta tibbi təhsil (tibb kolleci);
-Məsuliyyətli və komandada işləmə bacarığı;
Qeyd:
-İş günləri: I-VI günlər, istirahət günü: bazar
-Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
-Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
-Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Tibb qardaşı” (Sumqayıt və ya Gəncə) qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Vakansiyalar
-
1 gün, 22 saat, 50 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 23 saat, 24 dəq
- 2 gün, 17 saat, 30 dəq
- 3 gün, 12 saat, 44 dəq
- 4 gün, 4 saat, 29 dəq