Qida məhsullarının istehsalçısı menecer axtarır (Balakən)

Menecer


-İşəgötürən:  “Balacans Agro Food MMC”

 -Vakansiya: TƏCHİZAT ZƏNCİRİ MENECERİ (Balakən)

– Maaş : 1000-1500 AZN

-Şəhər- Balakən

-Yaş- 25 – 55 yaş

-Təhsil- Ali

-İş təcrübəsi- 5 ildən artıq

-Elanın tarixi- Aprel 13, 2022

-Bitmə tarixi- May 13, 2022

-Əlaqədar şəxs- Hulya x

-Telefon- (024) 295-14-54

E-mail- [email protected]

İş barədə məlumat

Qida məhsulları və alkoqolsuz içkilərin istehsalatı və satışı sektorunda uzun illərdir fəaliyyət göstərən “Balacans Agro Food” şirkəti komandamıza qoşulmaq üçün təcrübəli və motivasiyalı Təchizat Zənciri Meneceri vəzifəsinə vakansiya elan edir.

Şirkətin təchizat zənciri strategiyasının planlaşdırılması və həyata keçirilməsinə, xarici və daxili satınalma və loqistika əməliyyatlarına rəhbərlik

– Əsas təchizat zəncirinin KPI-larinin müəyyənləşdirilməsi və proseslərin təkmilləşdirilməsi
– Şirkətin xarici və daxili satınalma əməliyyatlarının icrasına rəhbərlik etmək, satınalma prosesinin sistemləşdirilməsi və tələblərdə dəyişikliklər, mövsümi dalğalanmalar, icra müddətləri, habelə digər zəruri amillər nəzərə alınmaqla satınalma siyasətinin (sifarişlərin tezliyi, sifarişin ölçüsü, sifarişin vaxtı, minimum ehtiyat qalığı) optimallaşdırılması
– Müəssisənin bütün məhsul qrupları üzrə anbar ehtiyatlarının vəziyyətinə nəzarət edilməsi
– Xarici və ölkədaxili təminat, nəqliyyat və xidmət müqavilələrinin şərtlərinin icra edilməsinə nəzarət
– Material tələblərinin planlaşdırılması (MRP) fəaliyyətini rəhbərlik və istehsalat planına və müqavilə tədarüklərinə uyğun olaraq məhsulların ritmik istehsalına nəzarət edilməsi
– Müəssisənin anbar fəaliyyətini təşkil edilməsi, maddi-texniki ehtiyatların və məhsulların anbarlara daşınması, yükləmə-boşaltma əməliyyatlarının aparılması, ehtiyatların və məhsulların qəbulu və anbarlara verilməsi proseslərinə rəhbərlik
– İş grafiki həftədə 5 gün iş günü, 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Müvafiq sahə üzrə minimum bakalavr dərəcəsi
– Əlaqədar sahədə ən azı 5 il peşəkar təcrübə
– Azərbaycan, ingilis və rus dillərinin səlis biliyi
– Güclü ünsiyyət bacarıqları (şifahi/yazılı)
– Biznes texnologiyaları sahəsində parlaq zehin və maraq
– Təchizatçıların idarə edilməsi üzrə bacarıqlar
– Proqram təminatının hazırlanması prosesləri, xidmətlərin göstərilməsi barədə biliklər üstünlükdür

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini mövzu hissəsində “Təchizat Zənciri Meneceri” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Şirkət haqqında

“Balacans Agro Food” MMC qida məhsullarının istehsalı, qablaşdırılması (“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC üçün “Cappy” meyvə şirəsi və s.), satışı, meyvə bağları və birillik əkin, soyuducu anbar və enerji içkilərinin qablaşdırılması sahələrində fəaliyyət göstərir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]