Qartal Tikinti Firması sertifikatlı elektrod qaynaqçısı axtarır

Qaynaqçı


İşəgötürən: Qartal Tikinti Firması

Vakansiya: Sertifikatlı elektrod qaynaqçısı

Son tarix: 29 avqust 2022

Əmək haqqı: 1200 AZN

İş yeri: Sumqayıt şəhəri – Dəniz platformaları

Tələblər:

-Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir. Sumqayıtda yaşamayan namizədlərin əsasən dəniz platformalarına göndərilməsinə üstünlük veriləcəkdir.

-Bütün bucaqlar, vəziyyətlər üzrə keyfiyyətli qaynaq aparılması;

-Qaynaq tikişlərində qüsurların növlərini, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməsi arzu olunandır;

-Qaynaqçı ixtisasına yiyələnməsi barədə sertifikatın surətini təqdim etməlidir;

-Qaynaq aparatlarının işə hazır vəziyyətə gətirilməsi;

-Namizədin yaşı 22-45 yaş aralığında olmalıdır;

-Vəzifə təlimatına əsasən digər əmək funksiyalarını yerinə yetirməlidir;

-Elanda göstərilən əmək haqqı ilkin olaraq müəyyən edilmişdir. İşçinin səriştəsi, işə məsuliyyətlə yanaşması, işləri vaxtında və keyfiyyətlə tamamlaması əmək haqqında artıma səbəb olacaqdır.

İş şəraiti:

-İşçilərin obyektə daşınması firmanın nəqliyyatı vasitəsilə həyata keçirilir.

-Nahar yeməyi firmanın vəsaiti hesabına təmin edilir.

-İş saatları – həftənin 6 günü 08:00 – 18:00 aralığındadır.

-Əlavə iş saatları saatın dəyərinə müvafiq olaraq tək qat ödəniləcəkdir.

-İşçi dəniz platformalarına göndərildiyi halda əmək haqqı 15 günlük deyil, 30 günlük iş rejiminə görə hesablanır və dənizdə işlədiyi günlərə (saatlara) əlavə olaraq  20 % ödəniş tətbiq olunacaqdır,

Əlaqə vasitələri:

Namizədlərin CV-lərini [email protected] e-mail adresinə,  mövzu hissəsində “Sertifikatlı elektrod qaynaqçısı” yazmaqla göndərmələri xahiş olunur. Yalnız  CV-ləri uyğun görülən namizədlərlə əlaqə saxlanacaqdır.

Əlaqələndirici şəxs: Tural Məmmədov

Telefon: +994 50 235 48 67

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]