Gemza Group qaynaqçı axtarır

Qaynaqçı

qaynaqçı


İşəgötürən: Gemza Group

Vakansiya: Qaynaqçı

Son tarix: 21 avqust 2022

Şəhər: Bakı

Yaş: 30-50 yaş (çox təcürbəli işçi 60 yaşa kimi)

Həftəlik iş günləri: 5 gün

İş günləri: 08.30-17.30 (işə görə dəyişə bilər)

İş yeri: Bakı, Koroglu metrosu yaxınlığı

Naharla təminat: Şirkət tərəfindən

Cins: Kişi

Təhsil: Orta və ya ali texniki Mexanika üzrə təhsili sistemlərində təhsil alması üstünlükdür

Sosial Paketlər: Könüllü tibbi siğorta, Nəticələrə görə bonus,  Mobil danışıq və s.

İş təcrübəsi: 3 ildən çox

Əmək haqqı: 700-900 AZN.

Tələblər:

-Qurğularının mexaniki emal üsulu ilə hazırlanan hissələri üzrə istehsalat tapşırığının vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət etmək;

-Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etmək; 

-Cizgiləri, qaynaq simvollarını oxumağı və qaynaq alətindən istifadə qaydalarını bilmək; 

-Temperatur rejiminə ciddi nəzarət etmək;

-Qaynaq avadanlıqlarının, avtomat və yarımavtomat qaynaq aparatların quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilmək;

-Elektrodların markalarını və növlərini, qaynaq rejimlərinin seçilmə prinsiplərini, qaz qaynağında işlədilən qazların saxlanma metodlarını, qaynaq tikişlərinin sınanma və nəzarətetmə üsullarını, metalın markasından və qalınlığından asılı olaraq qızıdırılma qaydalarını və s. bilmək;

-İşi qurtardıqdan sonra bütün alət və cihazları səliqə ilə öz yerinə yığmaq, iş yerini təmiz saxlamaq;

-Elektrik və qaz qaynaq avadanlıqlarının işlətmə qaydalarını bilmək, istehsalatda avadanlıqlar vasitəsilə qaynaqlama və kəsmə əməliyyatlarını həyata keçirmək;

-Fərdi mühafizə vasitələrindən istifadə qaydalarını bilmək;

-Avadanlıqların daim saz və təhlükəsiz saxlanması üçün lazımi yoxlama, nizamlama və qabaqlayıcı tədbirləri həyata keçirilmək;

-İşə başlamadan öncə qaynaq aparatlarının, və müvafiq alət və avandalıqların sazlığını yoxlamaq; İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq; Qaynaq sahəsində səliqə-səhmana və təmizliyə riayət etmək;

-Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətinə uyğun digər işləri həyata keçirmək.

-Sahə üçün təsdiq olunmuş istehsalat tapşırıqlarının vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirmək;.

-Qurğularının mexaniki emal üsulu ilə hazırlanan hissələri üzrə istehsalat tapşırığının vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirmək;

-İstifadəsində olan müəssisə əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter, kommunikasiya, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan qənaətlə və səmərəli istifadə etmək, onlardan şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməmək;

-İMS-i (İnteqrasiya edilmiş Menecment Sisitemi), İSO 9001:2015, İSO 14001:2015 və İSO 45001:2018 standartların tələblərinə uyğun saxlamaq və yerinə yetirmək.

-Daxili intizam, Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə norma və qaydalarının tələblərini yerinə yetirmək

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]