“Qaraqaşlı Broyler” işçi axtarır

Menecer


Şirkət: “Qaraqaşlı Broyler” ASC

Vəzifə: Kontent menecer

İş barədə məlumat:

–  Əmək haqqı: müsahibədə namizədin bilik və bacarıqları əsasında təyin ediləcəkdir;

–  İş rejimi: 5 günlük, 09:00-18:00;

–  İstirahət günü: Şənbə və Bazar günləri;

–  İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;

–  Nahar şirkət tərəfindən qarşılanır;

Vəzifə öhdəlikləri:

–  Şirkətin saytının admin panelini idarə etmək;

–  Şirkətin sosial şəbəkələrinin kontenti üçün məhsul seçmək;

–  Şirkətin “Whatsapp” sosial şəbəkəsini idarə etmək;

–  Qaynar xəttə gələn müraciətləri, şikayət və təklifləri cavablamaq;

–  Online sifarişləri qəbul etmək və satışının həyata keçirilməsinə nəzarət etmək;

–  Ümumi fəaliyyət əsasında hesabat hazırlamaq;

–  Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında yerinə yetirmək;

Tələblər:

–  Cins: Xanım namizəd

–  Təhsil: Orta təhsil (ali təhsil üstünlükdür)

–   İş təcrübəsi: Sahə üzrə 1 ilə qədər iş təcrübəsi;

–   Dil biliyi: Azərbaycan dilində səlis danışıq; (Rus və İngilis dilləri üstünlükdür);

Ən son yenilənmiş CV-nizi “Kontent menecer” başlığı ilə elektron [email protected] , [email protected] ünvanımıza göndərə bilərsiniz.

Son gün: 25.06.2022

Ünvan: Nərimanov r-nu, Əhməd Rəcəbli küç., 46N

Şirkət Haqqında:

    Azərbaycanın lider quşçuluq müəssisələrindən biri olan “Qaraqaşlı Broyler” ASC-nin “ŞƏFA” əmtəə nişanı ilə istehsal və satış etdiyi halal kəsilmiş toyuq məhsulları xalqımızın məmnuniyyətini qazanmışdır.

    Məqsədimiz istehlakçılarımıza halal və keyfiyyətli toyuq əti istehsal etməklə bazardakı liderliyimizi davam etdirməkdir. Bununla yanaşı həm daxili bazarın quş əti tələbamatını ödəmək həm də daxili iqtisadyyatın güclənməsinə öz töhvəmizi verməkdir.

    “Qaraqaşlı Broyler”-in korporativ mədəniyyəti hər bir işçiyə dəyər vermək, daha güclü müştəri və tərəfdaş münasibətləri qurmaqdır. Şirkətimiz yaxşı həyat keyfiyyətini qorumaq üçün sağlam iş mühitinə malikdir. Biz peşəkarlardan ibarət komandamızda işçinin dürüstlüyünə və sədaqətinə əhəmiyyət veririk.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]