Pizza Mizza baş menecer axtarır

İşəgötürən: Pizza Mizza
Vakansiya: Baş menecer
Son tarix: 20 may 2022
Tələblər:
-Ali təhsil
-Müvafiq sahədə minimum 1-3 il təcrübə
-Dil bilikləri: Azərbaycan dili (İngilis dili və Rus dili arzuolunandır)
-Yaş 25-35
-Ofis proqramlarının biliyi
-Komandada işləmək bacarığı
-Stresə davamlı, gülərüz, punktual
-İdarə etmə bacarıqları
-Məsuliyyətli
Vəzifələr:
-Restoranın bütün işçi heyətinə rəhbərlik edir;
-Bütün departamentlərə rəhbərlik edir;
-İşçilər arasında onların vəzifə öhdəliklərinə uyğun iş bölgüsü aparır;
-Həftəlik iş qrafiki tərtib edərək işçilərə və İR şöbəsinə təqdim edir;
-Yeni işçilərə prosedura uyğun təlim keçir və təyin edilmiş vaxtda dəyərləndirmə cədvəlini Əməliyyat şöbəsinə təqdim edir;
-Restoran heyətinə mütəmadi olaraq təlimlər keçirir;
-Filialın satış göstəricilərinin artması istiqamətində təkliflər irəli sürür və müvafiq tədbirlər görür;
-Təlimlər haqqında aylıq hesabatı müvafiq formada İR şöbəsinə təqdim edir;
-Gündəlik inventarizasiyanı həyata keçirir;
-Nizam- intizam qaydaları haqqında mütəmadi olaraq təlim keçir, iclaslarda müzakirə edir və əməl olunmasını tələb edir;
-Baş ofisdən e-mail ilə göndərilən vacib məlumat və tapşırıqları vaxtında işçi heyyətə çatdırır;
-Xidmətin yüksəlməsi üçün, müştərilərin istək və təklifləri ilə maraqlanmalı, gün ərzində göstərilən xidmət səviyyəsini nəzarətdə saxlamalıdır;
-Mütəmadi olaraq işçi heyyətin xidmət səviyyəsini yoxlamalı, onların üzərində çalışmalıdır, standartlara uyğun olmadığı halda İRŞyə məlumat verməlidir;
-Sanitar gigeyinik normaları və texniki təhlükəsizliyi yoxlayıb nəzarətdə saxlamalıdır, nöqsan yarandıqda aidiyyatı şöbəyə vaxtında məlumat bildirməlidir;
-Müştəri şikayətləri və narazıçılığı ilə şəxsən maraqlanır və zərurət üzrə tədbirlər görür;
-Audit keçirilən müddətdə sayımda kömək göstərir, tələb olunan məlumatları təqdim edir;
-Məhsulların itirilməsi və ya zədələnməsinin qarşısını alır;
-Ümumi səliqə-səhmanının qorunub saxlanılmasına cavabdehdir;
-Ümumi fəaliyyəti haqqında tələb olunan bütün hesabatları hazırlayıb təqdim edir;
-Post-terminal, dövlət kassası, kompyuter və digər avadanlıqların işlək vəziyyətdə olmasına cavabdehdir;
-Post terminallar və kassa üçün lazımı kağızların tədarükünü görür.
İş şəraiti:
-İş saatları-8 saat
-Nahar şirkət tərəfindən verilir
-Əmək qanunvericiliyinə uyğun iş şərtləri
-Əmək haqqı müsahibə zamanı namizədin biliklərinə əsasən müəyyənləşdiriləcək
Maraqlananlar CV-lərini “Baş menecer” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 7 saat, 18 dəq
- 7 saat, 20 dəq
- 7 saat, 22 dəq
- 7 saat, 23 dəq
- 7 saat, 26 dəq