“PAŞA Sığorta” satış üzrə assistent axtarır (Zaqatala)
“PAŞA Sığorta” ASC “Satış üzrə assistent (Zaqatala nümayəndəliyi)” vakansiyası elan edir.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
– Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
– Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi
– Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanın Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi
– Fərdi və bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması
– Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
– Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi
BİLİKLƏR
– Ali təhsil – Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
– Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək
TƏCRÜBƏ
-Satış sahəsində müvafiq iş təcrübəsinin olmasına üstünlük verilir
BACARIQLAR
– Ünsiyyət qurmaq bacarığı
– Dəqiqlik
– Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
– Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
– Komanda ilə işləmək bacarığı
– Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı
Son müraciət tarixi: 24 iyun 2022.
Müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Vakansiyalar
-
1 gün, 2 saat, 33 dəq
Führende Online Gaming Plattformen mit schneller Auszahlung für Spieler in Deutschland 2024
-
1 gün, 13 saat, 18 dəq
Guide détaillé pour sélectionner le meilleur établissement de jeu en ligne canadien sécurisé
-
1 gün, 15 saat, 48 dəq
Leading Internet Gaming Sites: Top Rated Sites With Exceptional Bonuses and Gaming Variety
-
1 gün, 19 saat, 11 dəq
Online Casino mit Sofortauszahlung: Die top Anbieter für zügige Gewinnauszahlungen 2024
-
4 gün, 14 saat, 24 dəq
Meeste populaire Casino Zonder Cruks: Beste Online Casino’s Zonder Nederlandse Registratie