Onlayn alış-veriş şirkəti “Nisyə satış üzrə təmsilçi” axtarır

Məhsulların online satışını həyata keçirən Vau.az “Nisyə satış üzrə təmsilçi” vəzifəsi üzrə işçi qəbulu elan edir. Uyğun namizədləri komandamızda görməkdən şad olarıq!
-Şəhər – Bakı
Elanın bitmə tarixi 25.05.2022
Vəzifə öhdəlikləri:
Onlayn nisyə mal almaq məqsədilə müraciət edən müştəriləri qəbul etmək;
Müştərilərə mövcud məhsulların tələb və şərtləri haqqında məlumat vermək;
Nisyə satış üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək;
Nisyə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək;
Nisyə satış üçün tələb olunan sənədləri qanunvericiliyə və daxili qaydalara uyğun rəsmiləşdirmək;
Yoxlama nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;
Əməliyyat sisteminin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
Daxili qaydalara uyğun olaraq həvalə olunmuş tapşırıqları yerinə yetirmək;
Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək;
Baş verən fors major-hadisələr barədə rəhbərinə məlumat vermək;
Tələblər:
Bu sahədə ən az 1 il iş təcrübəsi
Elektronika sahəsində təcrübə
Analitik düşüncə qabiliyəti.
Səlist nitq qabiliyyəti
MS Office proqramlarında səlis işləmə bacarığı
Kollektivlə işləmə bacarığı, ünsiyyətcil olmalı.
Məlumat təhlili və proqnozlaşdırma üsulları haqqında anlayış
Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
İş qrafiki: 6 günlük qrafik.
Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətədavamlıdır.
Satışa əsasən bonus sistemi mövcuddur.
Vakansiyaya müraciət üçün CV-nizi “Nisyə satış üzrə təmsilçi” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 2 saat, 59 dəq
-
1 gün, 1 saat, 59 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 2 saat, 1 dəq
- 1 gün, 2 saat, 3 dəq
-
1 gün, 2 saat, 5 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib