OMİD Mağazalar şəbəkəsi xadimə axtarır (Bakı şəhəri, Abşeron rayonu və regionlar üzrə)

Xadimə


İşəgötürən: OMİD Mağazalar şəbəkəsi

Vakansiya: Xadimə (Bakı şəhəri, Abşeron rayonu və regionlar üzrə)

Son tarix: 19 noyabr 2022

İş haqqında məlumat:

-İş günü ərzində mağazanın təmizliyinin və səliqəsinin tələb olunan vəziyyətdə olmasını təmin etməlidir;

-Vitrin və rəflərin təmizliyinə nəzarət etməli, təmizləməlidir;

-Gülərüz, mehriban olmalı, alıcılarların ticarət zalında sərbəst hərəkətinə  mane olmamalıdır;

-Mağazanın gündəlik  təmizliyini və səliqə – səhmanını  lazımi səviyyədə saxlamalı, hər gün mağazanın açılışına qədər ticarət zalını və digər inzibati əraziləri, ticarət zalında və ofis hissəsində olan sanitar qovşaqları təmizləməli və havasını dəyişməlidir;

-Təsdiqlənmiş qrafik əsasında sanitar qovşaqların və ticarət zalının  təmizliyini yoxlamalı və təmizliklə bağlı aşkar olunan çatışmazlıqları aradan qaldırmalıdır;

-İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşü və şəxsi gigiyenasına fikir verməlidir;

-Rəhbərliyin əmr və göstərişlərini vaxtında, dəqiq yerinə yetirməlidir;

-İş gününün sonunda mağaza ərazisini təmiz təhvil verməlidir. 

-Daxili nizam intizam qaydalarına əməl etməlidir;

-Mağazanın forma geyim tələblərinə riayət etməlidir;

Namizədə tələblər:

-Yaş həddi: 30-50;

-Müvafiq sahə üzrə minimum 1 il təcrübə; 

-Natamam orta və ya orta təhsilli;

-Sağlam olmalı;

-Təmizlik vasitələrindən və avadanlıqlarından istifadə qaydalarını;

-Davranış etikasını;

-Sanitariya, texniki, yanğın və əməyin təhlükəsizliyi qaydalarını;

Nahar şirkət tərəfindən təmin edilir;

Həftədə 1 gün istirahət;

Əmək haqqı- 350 manat.

Qeyd edilən tələblərə uyğun olan namizədlərdən “CV”lərini mövzu yerində “Xadimə” yazaraq göndərmələri xahiş olunur.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]