Ofis meneceri tələb olunur
İşəgötürən – TIME ACADEMY
Vəzifə – Ofis meneceri
“Part-time” (09:00-15:00; 15:00-21:00)
“Full-time” (09:00-18:00; 12:00-21:00)
Maaş:
part-time (200-300)
full-time (400-600)
Namizəddən gözləntilərimiz:
– Azərbaycan dilində səlis danışma bacarığı.
– Ana dilimizin qrammatika və orfoqrafiyasına bələd olmaq.
– Tez öyrənmə, detallara diqqət yetirmə kimi bacarıqlar.
– Rus və ingilis dili biliyi üstünlükdür.
– MS Office proqram təminatları və Google Docs/Sheets ilə işləmə bacarığı üstünlükdür.
– Namizəd işə qəbul olduqdan sonra icra edəcəyi əsas tapşırıqlar:
– Telefon zəngləri və sosial şəbəkələr vasitəsi ilə gələn sorğuları cavablandırmaq
– Tələbələrlə bağlı olan müəyyən məlumatların sistemə daxil edilməsi və emal olunması.
– Təhsil mərkəzinin tələbələrini qarşılamaq, zərurət yaranarsa tələbələrin tədris prosesi və dərslərin qrafikası bağlı çətinliklərini dinləyib, həll yolları düşünmək və icra etmək.
– Təhsil mərkəzinin digər əməkdaşları ilə birlikdə işləyib, tədris prosesi ilə bağlı məsələləri həll etmək.
– Müəllimlərin qrafiki, gələn sorğular barədə hesabatlar hazırlamaq.
Namizəd bizimlə işləməklə nə(lər) qazanacaq:
– Gənc, dinamik komandanın üzvü olaraq, komandada işləmə bacarıqlarını inkişaf etdirmək.
– Fərdi inkişafın şirkət tərəfindən tam dəstəklənməsi.
– Tədris prosesində və təşkilatı işlərdə istifadə etdiyimiz proqram təminatlarını öyrənmək.
– Əmək bazarında ehtiyac olacaq vərdiş və bacarıqlara yiyələnmək.
– İngilis dilini təkmilləşdirmək üçün dərslərimizə qoşulma şansı.
– Ədalətli idarəetmə mühitində işləmək.
– Komandamızın hazırda üstündə işlədiyi təhsil prosesi sisteminə öz töhfəsini vermə şansı.
– Şirkətə qatılan əlavə dəyərin hər zaman qarşılığını görmək.
Ünvan: Nizami m/st yaxınlığı
Digər detallar müsahibə zamanı müzakirə edilərək müəyyənləşdiriləcək.
Müraciət üçün “CV” və özünüz haqda qısa məlumatı “Office Manager” başlığı ilə bizə göndərə bilərsiniz: [email protected]
Vakansiyalar
- 1 gün, 20 saat, 35 dəq
- 1 gün, 20 saat, 38 dəq
- 1 gün, 21 saat, 14 dəq
- 1 gün, 21 saat, 17 dəq
- 3 ay, 2 həftə, 4 gün, 11 saat, 52 dəq