Nurgun Holding katibə-referent axtarır
İşəgötürən: Nurgun Holding
Vakansiya: Katibə-referent
Son tarix: 07 iyul 2022
Tələblər:
-ali təhsil
-1 il katibə-referent sahəsində iş təcrübəsi
-xanım namizəd, yaş həddi 27 – 35
-xoş xarici görünüş
-Azərbaycan dilində səlis danışmalı
-ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli
-ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks)
-işgüzar münasibət etikasını bilməli
-işində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı
-təşkilatçılıq bacarığı
-sənədləşmə işinin aparılması bacarığı
Vəzifə öhdəlikləri:
-daxil və xaric olan sənədlərin qeydiyyatını aparır;
-telefonlara cavab verir və lazımı ünvanlara istiqamətləndirir;
-rəhbərliyin qonaqlarını qarşılayır;
-rəhbərliyə və qonaqlara çay/kofe/su təqdim edir;
-daxil olan sənədlər və digər məlumatlar barədə rəbərliyi vaxtında məlumatlandırır;
-baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
-kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;
-rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır;
-qəbula gələnlərin qəbulunu təşkil edir, işçilərin təklif və xahişlərinə vaxtında baxılmasına kömək edir;
-rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir;
-rəhbərin tabeçiliyindəki idarə və bölmələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir.
Namizədlərdən şəkil əlavə olunmuş tərcümeyi halını göndərməyini və [email protected] elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Katibə-referent) göstərməyini xahiş edirik.
Vakansiyalar
-
1 gün, 14 saat, 8 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 19 saat, 57 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 18 saat, 49 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 19 saat, 23 dəq
- 1 həftə, 13 saat, 29 dəq