Mükafat və Müavinətlərin təhlili və icrası şöbəsinin baş meneceri tələb olunur
İşəgötürən – Bank Respublika ASC
Ümumi vəzifə öhdəlikləri:
Mövcud mükafat və müavinət proqramları, siyasət və prosedurların mütəmadi qiymətləndirilməsi və dəyişdirilməsinə dair təkliflərin verilməsi;
Yeni mükafat və müavinət proqramları, habelə aidiyyəti struktur bölmə ilə birgə siyasət və prosedurlarının hazırlanması və həyata keçirilməsi;
Məvacib strukturunun qurulması və idarə edilməsi;
Mükafat və müavinət planlarının biznes strukturlarla qarşılıqlı müzakirəsi və razılaşdırılması;
İşçilərin vəzifə və əmək haqqı artımlarının illik plan əsasında təşkili və icrasına nəzarət;
Büdcə, hesabat və təqdimatların hazırlanması;
Bankın mükafatlandırma siyasətlərinin rəqabətədavamlı olmasını təmin etmək üçün müvafiq müavinət məlumatlarının nəzərdən keçirilməsi;
Mükafat və müavinət üzrə sorğuların təşkili və nəticələrin təhlili;
Mükafat, əməkhaqqı və digər ödənişlərlə bağlı müxtəlif hesabatların hazırlanması;
Bankın inkişafı üçün gələcək tendensiyaların proqnozlaşdırılması.
Namizədə qarşı tələblər:
Ali təhsil (İnsan resurslarının idarə olunması, Menecment, riyazi və ya iqtisadi sahələr üzrə);
İnsan resursları sahəsi üzrə minimum 3 il iş təcrübəsi arzuolunandır;
MS Office proqramları üzrə biliklər;
Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
Yüksək riyazi biliklər və analitik təhliletmə qabiliyyəti;
Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
Güclü təqdimat bacarığı;
Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
Operativlik, dəqiqlik və məsuliyyətlilik;
Yüksək səviyyədə idarəetmə, planlama və icraçılıq qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 avqust 2023-cü il tarixinədək email-in mövzu hissəsində Mükafat və Müavinətlərin təhlili və icrası şöbəsinin baş mütəxəssis/meneceri qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlilərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
4 saat, 54 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
5 saat, 50 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 2 gün, 2 saat, 32 dəq
- 2 gün, 2 saat, 35 dəq
- 2 gün, 3 saat, 11 dəq