MOGAN Hotel -in SPA mərkəzinə “Terapist” tələb olunur

MOGAN Hotel -ın SPA mərkəzinə “Terapist” tələb olunur.
İşin təsviri;
-Masaj kabinetinin müştərilərini qəbul etmək, onlar barəsində zəruri məlumatları öyrənmək.
-Masajın növünü təyin etmək
– Sertifikatlaşdırılmış masaj avadanlığı və inventardan istifadə etmək, masaj avadanlığını və inventarını masaj seansı üçün hazırlamaq.
-Masaj sahəsində yerli və xarici təcrübəni öyrənmək, öz ixtisasını sistematik olaraq artırmaq.
-Masaj seansını (ümumi sağlamlıq, idman, anti-sellülit, kosmetoloji və digər növləri) masaj qaydalarına riayət etməklə keçirmək.
-Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
Namizəddə tələblər;
-Xarici dil biliyi – rus, ingilis (orta səviyyədə)
-Müvafiq vəzifədə minimum 2 il iş təcrübəsi
-Xarici görünüşünə və səliqəsinə diqqət
-Məsuliyyətli, punktual və nizam-intizamlı olmaq
-Müştərilərlə yüksək ünsiyyət qurmaq bacarığı
– Komanda da işləmək bacarığı
– İşdə dəqiqlik və detallara fikir vermə
– Şirkət daxili qaydalara riayət etmək
– Kütlə ilə işləmək bacarığı
İş şəraiti;
– 5 günlük, həftə içi 2 gün istirahət – 2 növbəli iş qrafiki
-Əmək qanunvericiliyinə uyğun sənədləşmə
-Əmək haqqı: 600 AZN + bonus
-Nahar şirkət tərəfindən verilir
-Ünvan; Mogan Hotel, İnşaatçılar prospekti 12
E-mail – [email protected]
[email protected]
Vakansiyalar
- 5 saat, 18 dəq
- 4 gün, 9 saat, 20 dəq
- 4 gün, 15 saat, 1 dəq
- 4 gün, 15 saat, 5 dəq
- 4 gün, 15 saat, 11 dəq