Minor Electronics satış meneceri axtarır (Xırdalan)

İşəgötürən: Minor Electronics
Vakansiya: Satış meneceri (Xırdalan)
Son tarix: 07 iyul 2022
Ünvan: Xırdalan şəhəri, Qalubiyyə küçəsi, Təzə Bazarın arxa girişi ilə üzbəüz
İş barədə məlumat:
-Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
-Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
-Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
-Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməkliyin göstərilməsi;
-Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
-Satılan məhsulların çatdırılmasında aktiv iştirak etmək.
Şirkətimizin üstünlükləri:
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-İş rejimi: 6 günlük iş qrafiki
-Əmək haqqı: 400+bonus
-Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
-Karyera yüksəlişi imkanı
-Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
Namizəd üçün tələblər:
-Cins:kişi
-Yaş: 22-35
-Satış təcrübəsi müvafiq sahə üzrə minimum 1 il.
-Azərbaycan dilini səlis bilməli.Rus dili arzuolunandır.
-Aktiv, çevik, ünsiyyətçil və məsuliyyətli olmalı
-Ofis proqramları ilə işləməyi bacarmalı.
https://minorstore.az/ saytına daxil olaraq şirkətimizin satdığı məhsullar haqqında informasiya əldə edə bilərsiniz və bu məhsulları sata biləcək tələblərə uyğun namizədlər müraciət etsin.
Tələblərə cavab verən şəxslər CV-ni [email protected] [email protected] ünvanına mövzu yerinə Satış meneceri yazaraq göndərə bilərlər.
Əlaqə nömrəsi: 070-255-09-20
Qeyd: Yalnız e-mail ünvanına gələn CV-lərə baxılacaq.
Vakansiyalar
- 2 gün, 7 saat, 3 dəq
- 2 gün, 7 saat, 6 dəq
- 3 gün, 21 dəq
- 3 gün, 1 saat, 3 dəq
- 3 gün, 1 saat, 5 dəq