Midtown Hotel Baku ofisiant axtarır

Ofisiant


İşəgötürən: Midtown Hotel Baku

Vakansiya: Ofisiant

Son tarix: 22 sentyabr 2022

Öhdəliklər:

-Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.

-İaşə şöbəsinin menyusunda olan içkilər haqqında məlumatlı olmaq.

-İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.

-Qonaqların sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq.

-İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.

-İçkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.

-Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.

-Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək

-Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.

-Hər zaman təyin edilmiş ərazini / bölməni təmiz və səliqəli saxlamaq.

-Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.

-Xarici dil biliyinə  malik vakantlara üstünlük verilir

Namizədə olan tələblər:

-Ofisiant kimi 1-2 il iş təcrübəsinə malik olmaq;

-Müxtəlif iş qrafiklərində işləmək bacarığı- iş qrafiki 9 saat, növbəli

-Həftədə 1 gün istirahət

-Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Ofisiant” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 22.09.2022-dək  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 

Əlaqə nömrəsi: 0512301012 Nicat Mammadov

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]