Mebel mağazasına”İR Menecer” axtarılır
“Saloğlu” Fərdi Firması “İR Menecer” vakansiyasını elan edir. Təklif olunan əmək haqqı 800-1200 AZN təşkil edir.
İş barədə məlumat:
– 6 günlük iş qrafiki;
– İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
– İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
– Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
– E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
– Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi);
– Müsahibələrin keçirilməsi;
– Müsahibə nəticələrinin müəyyən edilməsi;
– Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək;
– Rəhbərlik tərəfindən göstərilən tapşırıqlar;
Namizədə tələblər:
– Ali təhsil;
– Yaş həddi: 28-40;
– Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
– AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti;
– Elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi;
– Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi;
– Əmək haqqı kartlarının sifariş olunması;
– Əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
– Məzuniyyətlərin rəsmiləşdirilməsi;
– Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
– Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
– İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar rəhbərliyə hesabatların verilməsi;
– Dəqiq və məsuliyyətli çalışma bacarığı.
İş şəraiti:
– İş günləri: bazar ertəsi – şənbə
– Şirkət mobil telefonla təmin edir və rabitə xərclərini aylıq ödəyir;
– Nahar şirkət hesabına verilir.
CV-nizi 15 oktyabr 2022-ci il tarixinədək, mövzu hissəsində “İR menecer” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
-
23 saat, 31 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 5 saat, 20 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 4 saat, 12 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 4 saat, 46 dəq
- 6 gün, 22 saat, 52 dəq