Matanat A PR meneceri axtarır

Menecer

matanata is


İşəgötürən: Matanat A

Vakansiya: PR Menecer

Son tarix: 03 noyabr 2022

İşin təsviri:

-Şirkətin fəaliyyəti və məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlərin, məqalələrin yazılması;

-PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;

-KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;

-Bazarda tanıtım məqsədi ilə şəbəkənin məhsullarının və yerinə yetirilən xidmətlərinin reklamı üçün ideyalar təklif etmək;

-Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar, reklam, PR etmək bacarığı);

-Brendin nüfuzunun formalaşmasında, nüfuzun saxlanması və müdafiəsində iştirak;

-Şirkət daxili kommunikasıyasına nəzarət olunması;

-Qablaşdırma layihələri üzrə dizayn və kontentlərin hazırlanması

-Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin icrası;

-Korporativ tədbirlərin təşkilində iştirak.

İş şəraiti:

-İş qrafiki: I-V günlər, 09:00-18:00

-Rəqabətqabiliyyətli əmək haqqı 

Əmək haqqı: Razılaşma yolu ilə

Tələblər:

-İctimaiyyətlə Əlaqələr, jurnalistika və ya marketinq sahəsində minimum 2 il iş təcrübəsi;

-Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;

-Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;

-Kommunikasiya və təqdimat bacarığı;

-Dil bilikləri: Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı;

-Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;

-Müvafiq sahədə ali təhsil üstünlükdür;

-Rus və İngilis dili biliyi əlavə üstünlükdür;

-Texnoloji yeniliklər, tikinti materialları məhsulları barədə məlumatlı olmaq üstünlükdür.​

Şəxsi keyfiyyətləri:

-Komandanı idarə etmə bacarığı

-Fikrini izah etmək qabliyyəti;

-Ünsiyyət yaratmaq bacarığı;

-İşə planlı yanaşması;

-Fəal olması;

Əlavə şərtlər:

-Ezamiyyət imkanları;

Əlavə tələblər: 

-Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]