Mağaza meneceri tələb olunur

Menecer


İşəgötürən – Rifah Group

İş barədə məlumat:

Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı, doğru idarə etməli, düzgün qərarlar verməlidir.   

Satış hədəfinə çatmaq üçün xərclərin, stokun, satışların, sifarişlərin optimallaşdırma sistemlərini doğru idarə etməlidir.

Müştərilərlə nəzakətli rəftar edilməsi, müştərilərin məhsullarla ətraflı tanış olmasına şəraitin yaradılmasını təmin etməlidir;

Malların vitrin və ya rəflərdə səliqəli düzülməsini, əlavə vasitə və avadanlıqların yerində olmasını, vitrində boşluqların olmaması təmin etməlidir:

Mağazada keçirilən inventarizasiyada iştirak etməlidir, ona təhkim olunan inventarlara cavabdehdir;

Mağazanın anbarındakı malların tamlığını, doğru şərait və şərtlərlə saxlanılmasını, itmə, oğurlanma və zədələnmə hallarının olmamasını təmin etməlidir;

Qaytarmalara, onların firmalara vaxtında təhvil verilməsinə nəzarət etməlidir.

Mağazaya aid sənədlərin yığılıb mühafizə edilməsi, mərkəzə çatacaq qaimə və fakturaların əksiksiz olması və vaxtında göndərilməsini təmin etməlidir.

Namizədə tələblər:

Ali təhsil;

Səlis Azərbaycan və Rus dili biliyi arzu olunandır

Microsoft Office proqramlarında işləmə bacarığı (  Word, Excell, Outlook , 1 C 8.3  );

Yüksək səviyyədə ünsiyyət və komanda ilə işləmək bacarığı;

Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

Müştərilərlə davranış etikası.

İş şəraiti:

İş günləri: I-Vi günlər;

İş saatı: 10:00-18:00

Əmək haqqı: 500 azn əlavə satış bonusu

CV-lərinizi mövzunun başlığı alıtında [email protected] adresinə göndərin

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]