Layihələrin idarəedilməsi üzrə menecer tələb olunur

Menecer


-İşəgötürən:  Gravity Inc.

 -Vakansiya: Layihələrin idarəedilməsi üzrə menecer

 – Maaş :  1500-2000 AZN

-Şəhər-Bakı

-Yaş- 20 – 35 yaş

Təhsil- Ali

-İş təcrübəsi- 1 ildən 3 ilə qədər

-Elanın bitmə tarixi- İyul 31, 2022

-E-mail- [email protected]

İş barədə məlumat

– Komanda üzvlərinin vəzifələrini, rollarını və funksiyalarını müəyyənləşdirmək
– Komandanın vəzifələrini effektiv şəkildə yerinə yetirmələrini təmin etmək üçün komanda üzvlərinə nəzarət etmək, həmçinin daxili və xarici amillərlə bağlı aydın məlumat və təlimat vermək
– Layihənin icra planının və prosesinin planlaşdırılması, icrası və monitorinqi
– Tələb olunan və lazımi sənədlərin hazırlanması, təqdim olunması, hesabatların və digər sənədləşmə işlərinin icra olunması
– Gündəlik, həftəlik, aylıq iş planının qurulması və monitorinqi
– Layihənin icrası zamanı resurs əksiklikləri haqqında informasiyaların toplanması və təqdim edilməsi
– Layihənin uğurla icra olunması və tamamlanması üçün digər lazımi bütün işlərin görülməsi və nəzarəti
– İş qrafiki: Həftə içi 5 gün (saat 09.00-dan 18.00-dək), şənbə günləri natamam iş günü

Namizədə tələblər

– Layihələrin idarəedilməsi sahəsində təcrübə (layihələrin portfoliosu)
– Layihələrin idarəedilməsi sahəsində Scrum org, PMP, PMI və ya İPMA tərəfindən təqdim edilən sertifikat və ya diplom (mütləqdir)
– Layihələrin idarəedilməsi sahəsində biliklər (PMI, İPMA, Prince 2)
– İqtisadiyyat, menecment, biznesin idarə olunması və ya digər uyğun sahələr üzrə ali təhsil (Bakalavr və magistr dərəcəsi)
– Biznesin inkişafı, sahibkarlıq, biznesin idarə olunması, satış, marketinq və oxşar sahələrdə məlumatlılıq
– Güclü təhlil, məntiq və riyazi bacarıqlar
– Layihələrin idarəetmə və təqdimat bacarığının olması
– Analitik düşünmə və problemləri həlletmə qabiliyyəti
– Komandada və fərdi şəkildə işləmək bacarığı;
– İngilis və rus dillərini mükəmməl bilmək üstünlükdür
– Microsoft Word, Excel və Powerpoint proqramları ilə səlis işləmə bacarığı (sertifikatların olması üstünlükdür)

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.
Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.
Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Layihələrin idarəedilməsi üzrə Menecer” qeyd etmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]