Kontakt Home merçendayzer axtarır

Merçendayzer


İşəgötürən: Kontakt Home

Vakansiya: Merçendayzer

Son tarix: 23 iyul 2022

Vəzifə öhdəlikləri:

-Rəhbərlik tərəfindən təyin edilmiş qaydalara riayət olunub-olunmadığının qiymətləndirilməsi üçün mağazaların yoxlanılması, o cümlədən məhsulların düzülüşü, təmizlik, qiymət kağızlarının vaxtında dəyişdirilməsinin yoxlanılması;

-Yeni təyin olunan qayda və kampaniyalar haqqında mağaza personalının məlumatlı olub-olmadığını yoxlamaq üçün mağaza personalının sorğu-sual edilməsi;

-Məhsulların düzülüşü haqqında mağaza personalına təlimlərin keçirilməsi.

Tələblər:

-Müvafiq sahə üzrə iş təcrübəsi: 1 ildən;

-Merçendayzinqin əsaslarını üzrə biliklər;

-Digər (məsələn, paltar, ev əşyaları və sair qeyri qida məhsullarının satışı) sahələrdə merçendayzer kimi iş təcrübəsi arzu olunandır;

-Tez öyrənmək və uyğunlaşmaq bacarığı;

-İş ilə bağlı səyahət etmək imkanı.

İş şəraiti:

-İş günləri: I-VI günlər;

-Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]