Konsalting şirkəti çoxsaylı vakansiyalar elan edib

Menecer


“Business Service Centre” (BSC) konsalting şirkəti aşağıdakı qeyd olunan vəzifələr üzrə vakansiyalar elan edib.

1.Vakansiya – Baş mühasib -3000 AZN -Net (region üzrə)

Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil etmək;
Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını, Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin etmək;
Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görmək;
Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik etmək;
Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlamaq və təqdim etmək.
Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatları aparmaq;
Statistika hesabatlarının vaxtında təqdim olunmasını təmin etmək;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini, Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını, əmək haqqının hesablanması, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna, İTSF ayırmaları hesablamaq və vaxtında aidiyyatı üzrə ödənilməsini, Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin etmək;
Tələblər:
İqtisadi sahədə ali təhsil
Mühasibat və maliyyə sahəsində iş təcrübəsi olmalı;
Azərbaycan dilini səlis bilməli;
1C proqramı, MS Office – Excel
Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtlərini, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinmə qaydalarını;
Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti, 
İş şəraiti:
 – İş qrafiki:5 günlük  
– Ərazi: Qusar rayonu (yaşayış yeri ile təmin edilir)
 
Namizədlərdən CV-ni Subject/Mövzu hissədə “Baş mühasib” yazaraq [email protected] göndərilməsi xahiş olunur.

2.Vakansiya – Mühasib- operator – 500-600 AZN

Vəzifə öhdəlikləri:
-Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması; 
-E-Qaimə fakturaların yazılması;
-Online kargüzarlıq və e-qaime portallardan istifadə edilməsi
-Digər gündəlik (invoys, qaimələrin yazılması, aktların hazırlanması və s.) əməliyyatların yerinə yetirilməsi.
-Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
-Mühasibat sənədlərinin saxlanılması və qorunması;
-İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi;
-Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi;
Namizədə tələblər: 
-Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;
-Müvafiq sahə üzrə minimum 6 ay – iş təcrübəsi
-MS Office və 1C 8.3 proqramlarında mükəmməl işləmək bacarığı;
-Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;
-Elektron hökümət portalı ilə işləmə qabiliyyəti
 
İş şəraiti:
 
– AR ƏM əsasən rəsmiləşmə
– Əmək haqqı: 500 – 600 AZN
– İş rejimi: 6 günlük iş qrafiki
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Mühasib- operator” yazaraq 12.11.2022- ci il tarixinədək [email protected] səhifəsinə göndərilməsi xahiş olunur.

3.Vakansiya – Baş mühasib – 2000-2500 AZN

-Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil etmək;
-Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını, Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin etmək;
-Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik etmək;
-Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlamaq və təqdim etmək.
-Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatları aparmaq;
Statistika hesabatlarının vaxtında təqdim olunmasını təmin etmək;
-Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etmək;
-Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını, əmək haqqının hesablanması, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna, İTSF ayırmaları hesablamaq və vaxtında aidiyyatı üzrə ödənilməsini təmin etmək;
-Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin etmək;
Tələblər:
-İqtisadi sahədə ali təhsil
-PMS və BMS  olması üstünlükdür;
-Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi olmalı;
-Azərbaycan dilini səlis bilməli;
-1C proqramı 8.2 və ya 8.3., MS Office – Excel
Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
-Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
-Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
-Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
-Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtlərini, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinmə qaydalarını;
-Mühasibat uçotu haqqında AR Qanunlarını bilməli;
-Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti, 
İş şəraiti:
–  İş qrafiki: 6 günlük (Şənbə günü: 09:00-13:00-dək)
 Namizədlərdən CV-ni Subject/Mövzu hissədə “Baş mühasib” yazaraq 05.11.2022- ci il tarixinədək [email protected] göndərilməsi xahiş olunur.

4. Vakansiya – 1C operator – 600 AZN

-1C proqramını mükəmməl bilən, mühasibat sahəsinə maraq göstərən, daimi inkişaf axtaran, fərqliliyə və yeniliklərə üstünlük verən namizədlərin diqqətinə:
-Hazirda 1C üzrə operator vakansiyası aktivdir. Namizədə olan tələbləri nəzərinizə çatdırırq:
-1 C proqramında işləmək bacarığı
-Qeyd olunan vəzifə üzrə minimum 1 il  iş təcrübəsi
-MS Office/Excel, 1C proqramları biliyi;
-Yaş – 23-40
-Ünsiyyət qura bilmə bacarığı;
-Komandada işləmək bacarığı;
-İntizamlılıq, məsuliyyətlilik.
 
İş şərtləri:
-Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir;
-Ərazi: Sabunçu rayonu ərazisi
-Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “1C operator” qeyd edərək [email protected] səhifəsinə göndərmələri xahiş olunur.
 Əlaqə nömrəsi: 070 493-32-03


5.Vakansiya – Aparıcı mühasib – 800-1200 AZN
Öhdəliklər:
-Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
– Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
– Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
–  Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
-Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
–  Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
–  Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
–  Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
–  İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması.
 
Tələblər:
–  İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
–  Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
–   Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
–  MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
–  Komandada işləmə bacarığı;
–   Analitik düşünmə qabiliyyəti;
–  İşi planlamaq bacarığı;
–   Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
 
İş şəraiti:
 
– İş qrafiki: 6 günlük iş qrafiki
– Əmək haqqı 800-1200AZN (Müsabiqə əsasında müəyyən olunur)
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı Mühasib” yazaraq  [email protected] göndərilməsi xahiş olunur.


6.Vakansiya -HR manager – 800-1400 AZN


7.Vakansiya -Mühasib köməkçisi – 500-600 AZN

Namizədlərdən CV-ni Subject/Mövzu hissədə vakansiyanın adını yazaraq [email protected] göndərilməsi xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]