Kapital Bank KOS (SME) satışların təhlili şöbəsi üzrə mütəxəssisi / aparıcı / baş mütəxəssisi / Menecer axtarır

İşəgötürən: Kapital Bank
Vakansiya: KOS (SME) satışların təhlili şöbəsi üzrə mütəxəssisi / aparıcı / baş mütəxəssisi / Menecer
Son tarix: 14 iyul 2022
Öhdəliklər:
-Bankdaxili və bankdan kənar məlumatlar bazasından istifadə edərək satış komandası üçün potensial müştəri bazasının formalaşdırılması;
-Satış trendlərinin departament, şöbə, qrup və işçi səviyyəsində izlənilməsi;
-Satışda effektivliyin artırılması istiqmətində müxtəlif analitik hesabatların təqdim edilməsi;
-Departamentin əməkdaşları üçün KPİ-ların təyin edilməsi, hədəflərin icrası ilə bağlı periodik hesabatların təqdim edilməsi və renkinqlərin hazırlanması;
-Aktivliyi azalmış müştəriləri müəyyən edərək “cross sale” və “up sale” istiqamətində hesabatların hazırlanması;
-İşçilərin motivasiya sistemi ilə bağlı təkliflərin hazırlanması və tətbiq edilməsi;
-CRM-in idarəedilməsi prosesinə nəzarət;
-Periodik hesabatların zamanında və dəqiq göndərilməsinə nəzarət;
-Cari işin optimallaşdırılması və avtomatlaşdırılması işini təmin etmək;
-Bazarda rəqiblər və tendensiyalar haqqında məlumatların toplanması, təhlil edilməsi və strateji qərarların qəbul olunması üçün təkliflərin hazırlanmasını təmin etmək.
Tələblər:
-Bank sektoru üzrə ən azı 5 illik iş təcrübəsi (müvafiq sahə üzrə olması arzuolunandır);
-Minimum 2 il idarəetmə təcrübəsi;
-Data Analitika sahəsində iş təcrübəsi;
-Analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
-Məlumatlardakı nümunələri və anomaliyaları tanımaq və araşdırmalar əsasında nəticə çıxarmaq üçün kritik düşünmə bacarıqları;
-Mürəkkəb araşdırmalar və ideyaların məntiqini başa düşülən formada çatdırmaq üçün lazımi ünsiyyət bacarıqları;
-Liderlik bacarıqları;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.
Vakansiyalar
- 2 gün, 15 saat, 7 dəq
- 2 gün, 20 saat, 48 dəq
- 2 gün, 20 saat, 52 dəq
- 2 gün, 20 saat, 58 dəq
- 3 gün, 20 saat, 14 dəq